6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

Yay mövsümündə yollarda motosikletlərin sayı nəzərəçarpacaq dərəcədə artır. Bununla yanaşı, motosikletlərin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisələri də narahatlıq doğurur. Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar-iyun aylarında motosikletlərin iştirakı ilə 37 qəza baş verib. Onlardan 14-ü ölümlə nəticələnib. Qəzalar nəticəsində 18 nəfər həyatını itirib, 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Motosiklet qəzalarında ölüm göstəricisinin yüksək olması bu nəqliyyat vasitəsinin təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirir.

Bəs son illər motosiklet qəzalarının artmasının əsas səbəbləri nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirir ki, bu cür qəzaların sayının artması ilk növbədə motosiklet və mopedlərin, onların gündəlik hərəkət intensivliyinin, eləcə də kuryer və çatdırılma xidmətlərində istifadəsinin genişlənməsi ilə bağlıdır.

Onun sözlərinə görə, əsas səbəblər sırasında sürət həddinin aşılması, avtomobillərin arasından təhlükəli manevrlərlə keçmə, ara məsafəsinin düzgün seçilməməsi, yolayrıclarına yüksək sürətlə daxil olma və qırmızı işıqda keçmə də dayanır. Həmçinin əks istiqamətli hərəkət zolağına çıxmaq, dəbilqə və qoruyucu geyimlərdən istifadə etməmək, sürücülük təcrübəsinin az olması, gecə saatlarında görünmənin zəifləməsi və motosikletlərin texniki vəziyyətinə lazımi nəzarətin aparılmaması qəzaya səbəb olur:
 

“İlin ilk altı ayında motosiklet qəzalarının təxminən 38 faizinin ölüm faktı ilə müşayiət edilməsi olduqca ciddi göstəricidir. Həmin rəqəmlərin yalnız motosiklet sürücülərinin təqsiri ilə baş verən hadisələri, yoxsa motosikletlərin ümumilikdə iştirak etdiyi bütün qəzaları əhatə etməsi dəqiqləşdirilməlidir. Çünki motosiklet sürücüsü bir çox halda qaydalara əməl etsə belə, avtomobil sürücüsünün dönmə zamanı yol verməməsi, güzgüləri yoxlamadan zolaq dəyişməsi və ya motosikletin sürətini və məsafəsini düzgün qiymətləndirməməsi nəticəsində qəza baş verə bilər.


Ümumilikdə isə motosiklet qəzalarında ölüm və ağır xəsarət riski minik avtomobilləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının 2024-cü il üzrə məlumatına əsasən, qət edilən məsafə nəzərə alındıqda motosikletçilərin qəzalarda ölmə ehtimalı minik avtomobili sərnişinləri ilə müqayisədə təxminən 27 dəfə, xəsarət alma ehtimalı isə təxminən beş dəfə yüksək olub.

Bunun əsas səbəbi motosikletin sürücünü qoruyan kuzaya, təhlükəsizlik kəmərinə, deformasiya zonasına və avtomobillərdəki səviyyədə hava yastığı sisteminə malik olmamasıdır. Avtomobil qəzasında zərbənin müəyyən hissəsini kuzov və təhlükəsizlik sistemləri qəbul edir, motosiklet qəzasında isə zərbə birbaşa insan bədəninə dəyir. Sürücü motosikletdən yıxıldıqdan sonra yol örtüyünə, səkiyə, maneəyə və ya başqa nəqliyyat vasitəsinə çırpıla bilər. Hətta şəhər daxilində nisbətən aşağı hesab edilən sürətlərdə də baş, boyun, onurğa, döş qəfəsi və ətrafların ağır zədələnməsi mümkündür.

Motosiklet iki təkər üzərində hərəkət etdiyi üçün tarazlığın itirilməsi də daha asandır. Yağış, yaş asfalt, qum, çınqıl, yağ ləkəsi, kanalizasiya qapağı, yol çuxuru, keyfiyyətsiz yol nişanlanması və qəfil əyləcləmə avtomobil üçün sadəcə narahatlıq yarada bildiyi halda, motosiklet sürücüsü üçün yıxılma və ağır qəza ilə nəticələnə bilər”.

Ekspert qeyd edir ki, istifadəsi ölüm və ağır baş travması riskini azaltsa da, dəbilqə dəbilqə kifayət etmir:

“Sertifikatlaşdırılmış tam üz dəbilqəsi, qoruyucu gödəkçə, əlcək, dizlik, dirsəklik, motosiklet çəkməsi və görünən, işığı əks etdirən geyimlər də vacibdir. Araşdırmalar formal motosiklet təliminin qəza riskinin azalması ilə əlaqəli olduğunu, yorğunluğun və sürücünün görünməsini çətinləşdirən geyimlərin isə riski yüksəltdiyini göstərir”.

A.Nəbiyevin fikrincə, şəhərdə yolların və yol nişanlarının motosikletlərin təhlükəsiz hərəkətinə uyğunluğunu tam qənaətbəxş hesab etmək olmaz:

“Əsas magistrallarda və yenilənmiş küçələrdə yol örtüyü nisbətən yaxşı olsa da, bir çox küçə və məhəllədaxili yollarda çuxurlar, asfaltın çökməsi, yol örtüyünün müxtəlif səviyyələrdə olması, kanalizasiya qapaqlarının düzgün yerləşdirilməməsi, təmir sahələrinin vaxtında nişanlanmaması, silinmiş yol xətləri və gecə görünməsi zəif olan nişanlar motosiklet sürücüləri üçün ciddi təhlükə yaradır.
 

Avtomobil sürücüsü kiçik çuxurdan keçdikdə avtomobilin asqı sistemi zərbənin bir hissəsini qəbul edir, motosiklet sürücüsü isə eyni çuxurda sükanı və tarazlığı itirə bilər. Yol nişanlarının ağac, reklam lövhəsi və ya dayanmış avtomobillər tərəfindən örtülməsi, döngələrdə görünüş məsafəsinin məhdud olması, yol təmiri zamanı xəbərdaredici nişanların kifayət qədər əvvəl yerləşdirilməməsi də riski artırır.


Xüsusilə yağışlı havada sürüşkənləşən boyalı yol xətləri, metal səthlər və kanalizasiya qapaqları motosiklet üçün təhlükəli olur. Buna görə yollar layihələndirilərkən və təmir edilərkən yalnız avtomobillərin rahatlığı deyil, iki təkərli nəqliyyat vasitələrinin dinamikası da nəzərə alınmalıdır”.

Ekspert yalnız nəzəri qaydaları bilməklə real şəhər hərəkətinə tam hazırlığın eyni olmadığını vurğulayır.

Təlim proqramında real yol şəraitinə yaxın məşqlər ayrıca yer almalıdır. Onun sözlərinə görə, yeni başlayan sürücünün birbaşa yüksək güclü motosiklet idarə etməsi də risklidir. Daha məqsədəuyğun yanaşma yaşa, təcrübəyə və mühərrik gücünə görə mərhələli kateqoriya sisteminin, ilkin tətbiqidir. Motosikleti sənədsiz, qeydiyyatsız və uyğun sürücülük vəsiqəsi olmadan idarə edən şəxslərə qarşı nəzarət gücləndirilməlidir.

Bəs kuryer xidmətlərinin və motosikletlə çatdırılmanın artması qəzaların statistikasına təsir edirmi?
 

A.Nəbiyev bu barədə bildirir ki, insanların yolda keçirdikləri vaxt artdıqca qəza ilə qarşılaşma ehtimalı da yüksəlir:


“Kuryerlər adi motosiklet istifadəçiləri ilə müqayisədə gün ərzində daha çox məsafə qət edir, pik saatlarda, yağışlı və küləkli havalarda, gecə saatlarında və sıx nəqliyyat şəraitində işləyirlər. Sifarişin müəyyən vaxtda çatdırılması tələbi, bonus sistemi, gecikmə qorxusu, müştəri və platforma təzyiqi bəzi kuryerləri sürət həddini aşmağa, işıqforun qırmızı işığında keçməyə, səkidən istifadə etməyə, avtomobillər arasında riskli manevrlər etməyə və telefondakı xəritəyə hərəkət zamanı baxmağa sövq edə bilər.

Uzun iş saatları yorğunluq, diqqətin zəifləməsi və reaksiya müddətinin uzanması ilə nəticələnir. Buna görə məsuliyyət yalnız kuryerin üzərinə qoyulmamalıdır. Çatdırılma platformaları da təhlükəsiz iş modeli qurmalı, qeyri-real çatdırılma müddətləri müəyyən etməməli, sürətə təşviq edən bonus sistemlərindən imtina etməli, sürücülərin uyğun kateqoriyalı vəsiqəsini, motosikletin qeydiyyatını, texniki vəziyyətini, sığortasını və qoruyucu vasitələrdən istifadəsini yoxlamalıdır.

Kuryerlər işə qəbul edilməzdən əvvəl məcburi təhlükəsiz idarəetmə təlimindən keçməli, sonradan dövri təlimlərə cəlb olunmalıdırlar. Şirkətlər dəbilqə və qoruyucu geyimi təmin etməli, iş və istirahət vaxtına nəzarət etməli, yol hərəkəti qaydalarını pozan işçini daha çox sifarişlə mükafatlandırmamalıdır”.

Ayrıca motosiklet zolaqlarının yaradılması vəziyyəti yaxşılaşdıra bilərmi?

Ekspertin fikrincə, bu ideya yalnız müəyyən küçələrdə, kifayət qədər motosiklet axını və uyğun yol eni olduqda faydalı ola bilər.

“Bütün küçələrdə ayrıca motosiklet zolağı yaratmaq nə realdır, nə də hər zaman təhlükəsizdir. Dar və fasilələrlə kəsilən zolaq yolayrıclarında, avtobus dayanacaqlarında və sağa dönən avtomobillərlə kəsişmə nöqtələrində əlavə təhlükə yarada bilər. Motosiklet zolağı yaradılacaqsa, o, davamlı şəbəkənin bir hissəsi olmalı, yolayrıclarında aydın nişanlanmalı, avtomobillərin həmin zolağa daxil olmasının qarşısı alınmalı və zolağın səthi motosiklet üçün təhlükəsiz saxlanılmalıdır.
 

Daha effektiv və geniş tətbiq oluna bilən həllər isə şəhər daxilində sürət rejiminin riskə uyğun müəyyənləşdirilməsi, yolayrıclarında görünüşün yaxşılaşdırılması, yol örtüyünün və kanalizasiya qapaqlarının təhlükəsiz vəziyyətə gətirilməsidir”.


Ekspert son olaraq əlavə edir ki, motosiklet qəzalarının qarşısını yalnız sürücüləri cərimələməklə almaq mümkün deyil. Burada motosiklet sürücüsünün davranışı, avtomobil sürücülərinin diqqəti, təlim və imtahan sisteminin keyfiyyəti, kuryer şirkətlərinin iş prinsipləri, motosikletlərin texniki vəziyyəti, qoruyucu vasitələrdən istifadə və yol infrastrukturu birlikdə nəzərdən keçirilməlidir.

Onun açıqlamasına görə, motosiklet sürücüsü yol hərəkətinin tam hüquqlu, fiziki baxımdan isə ən müdafiəsiz iştirakçılardan biridir. Buna görə əsas məqsəd motosikletlərin hərəkətini məhdudlaşdırmaq deyil, onların avtomobillərlə təhlükəsiz şəkildə eyni yol məkanını paylaşmasını təmin edən sistem yaratmaq olmalıdır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranla müharibədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatdı – VİDEO

İranla müharibədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatdı – VİDEO

Rusiya Afrikada muzdlu döyüşçüləri necə cəlb edir? – Müharibənin acı reallığı - FOTO

Rusiya Afrikada muzdlu döyüşçüləri necə cəlb edir? – Müharibənin acı reallığı - FOTO

Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq...

Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq...

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" – VİDEO

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" – VİDEO

Dünya ölkələri mətbuat gününü nə vaxt və necə qeyd edir? – ARAŞDIRMA

Dünya ölkələri mətbuat gününü nə vaxt və necə qeyd edir? – ARAŞDIRMA

Armavirdə neft bazası yandı – VİDEO

Armavirdə neft bazası yandı – VİDEO

Bu ixtisasları seçənlər işsiz qala bilər

Bu ixtisasları seçənlər işsiz qala bilər

Su obyektlərinin dövlət monitorinqini bu qurumlar aparacaq – QƏRAR

Su obyektlərinin dövlət monitorinqini bu qurumlar aparacaq – QƏRAR

Psixoloqlar açıqladı:Cütlüklərin xoşbəxtliyi üçün əsas amil nədir?

Psixoloqlar açıqladı:Cütlüklərin xoşbəxtliyi üçün əsas amil nədir?

İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı

Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı

6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

Trampdan Nyu-York merinin dediklərinə REAKSİYA: Netanyahu ABŞ-da həbs olunmayacaq – VİDEO

Trampdan Nyu-York merinin dediklərinə REAKSİYA: Netanyahu ABŞ-da həbs olunmayacaq – VİDEO

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə BAŞLAYIR - FOTO

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə BAŞLAYIR - FOTO

Rəqəmsal dövrdə gənclər arasında milli kimlik məsələsi: yeni imkanlar və görünməyən risklər

Rəqəmsal dövrdə gənclər arasında milli kimlik məsələsi: yeni imkanlar və görünməyən risklər

Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”

Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”

ABŞ-da təyyarənin enişi zamanı qorxulu anlar – VİDEO

ABŞ-da təyyarənin enişi zamanı qorxulu anlar – VİDEO

“Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə

“Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə

"Kasıb ölmək" arzusunda olan milyarder vəfat etdi

"Kasıb ölmək" arzusunda olan milyarder vəfat etdi

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

End of content

No more pages to load

RADİO