12 il sənsiz səninlə

(esse)
 
Unudulmaz ömür-gün yoldaşım Aidə xanımım əziz xatirəsinə
 
Əlim işə yatmır, otağım zindan,
 Yollara çıxıram, yol üzü dönük.
 Sənsiz bu dünyanın dənizi laldır, 
Göyləri bulanıq, günəşi sönük...
                       
                                Sabir Rüstəmxanlı
 
Əzizim Aidə, bu gün aprelin 21-dir. Sənin və mənim ömrümüzün ən əzablı günü. Səni məndən və məni məndən alan, ocağımın odunu söndürən 21 aprel. 12 il səninlə sənsiz yaşadım. Birgə həyat kitabımızın qəfil vaxtsız-vədəsiz bağlanması, məni yarı yolda qoymağın mənim də sonum oldu. Yolun yarısında tək qoydun məni. Bunun hər ili 1 əsrə bərabər oldu. Cəlaləddin Rumi demişkən “ayrılıq zamanı insanın gözünün yumub-açması müddəti il kimi gələr”. Deyirlər torpağın üzü soyuqdur, zaman ağrıları sağaldır. Belə deyilmiş. Məni sənin cismani yoxluğundan 12 il ayırsa da, gözlərim hər yerdə, hər zaman səni axtarır. Yaxşı ki, heş olmasa yuxularımda tapıram.
 
Əzizim Aidə, sənin cismani yoxluğun onu heç zaman yox edə bilməz. Bu dünyanın bütün naz-neməti, gərdişi sənin bir təbəssümünə dəyməzmiş. Sənsiz keçən günləri ömürdən saymıram. Çünki ayrılıq əzabı, hicran əzabı bütün acılardan betərmiş. Axı bu insanı ikiyə bölür, yarı qoyur. Mənim kimi. 
 
Ayrılığın rəngi, dadı ölümünki kimidir. Yenə də dahi Cəlaləddin Rumiyə qayıdıram (vaxtilə yazılarımda demişdim ki, Allaha yaxın olmaq istəyirsənsə Rumini oxu): “məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım”. Bu insan mənim üçün yalnız sən ola bilərsən. Ruhunla sən məni duyursan.
 
Əzizim Aidə, indi mən yalnız sənli xatirələrində yaşayıram. Son nəfəsini aldığın otağa 12 ildə bir dəfə də girə bilmədim. O otağın havasını udmaq mənə hər əzabdan betərdir. O otaqlı xatirələrini yaşamaq mənə necə əzab verər. O otağı indi sənin məzarın əvəz edir mənim üçün. Yadındamı o otaqda sənin güllər, çiçəklər içində ən çox sevdiyin yasəmən gülü olardı. İndi məzarının dörd yanı çiçəkləmiş yasəmən ağaclarıdır. Üzülürəm, heyif ki indi o yasəmənlərin birini də qoxuya bilmirsən. O yasəmənlər indi ayrılıq qoxuyur.
 
Əzizim Aidə, hər bir şeyin sonu olduğu kimi ayrılığın da sonu var. Bu biz qovuşanda olacaq son gələndə bitər. Mən yaşadığım hər zaman səni yaşadacağam. Son gələnə qədər.
 
Sənin Rafiqin
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

Evlilikdən uzaq duran 3 bürc

Evlilikdən uzaq duran 3 bürc

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

End of content

No more pages to load

RADİO