İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 3 nəfər hadisə yerində həyatını itirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media