Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.
Bizim.Media xəbər verir ki, Odessa yaxınlığında PUA zərbəsi ilə vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəran rayonuna gətirilib.
Mərhumun nəşi doğulduğu Balıqçılar qəsəbəsində ailəsinə təhvil verilib, sonra kapitanın cənazəsi qəsəbə qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.
Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub. (Report.az)

Bizim.Media