Türkiyənin dövlət televiziya və radio qurumu TRT-nin Azərbaycan nümayəndəliyində rəhbər dəyişikliyi baş verib.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, Sefa Burak Bozyel TRT-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.
O bu təyinata qədər "TRT Haber"in koordinator müavini vəzifəsində çalışıb. Yeni təyinatla fəaliyyətini Bakı şəhərində davam etdirəcək.
Xatırladaq ki, TRT-nin Azərbaycan nümayəndəliyinə bundan əvvəl Murat Akkoç rəhbərlik edirdi.
Bizim.Media