Yevlax rayon sakini Bakıda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, Yevlax rayonunun Aran-1 qəsəbə sakini, 22 yaşlı İbrahim İsayev skuterlə hərəkətdə olarkən avtomobil onu vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Mərkəzi Aran bürosu, Bizim.Media