2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İttihama görə, E.Şirməmmədova vətəndaşlardan ümumilikdə bir milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib.

Məhkəmə istintaq müddətində Elnarə Şirməmmədovanın həbsdə saxlanılmasına qərar verib.

İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər saytımıza müraciət edərək bildiriblər ki, onlara dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atılmır. Şikayətçilərin sözlərinə görə, E.Şirməmmədova 9 nəfərdən müxtəlif məbləğlərdə pul alaraq geri qaytarmayıb. Cinayət işində zərərçəkmiş qismində tanınmış şəxslərə müvafiq olaraq 27.120, 3800, 21.300, 3500, 467.000, 112.000, 428.790, 56.826, 134.693 manat məbləğində maddi ziyan vurulması qeyd edilib.

İddia olunur ki, Elnarə Şirməmmədova aldığı pulları geri qaytarmır və müxtəlif bəhanələr irəli sürür:

“Biz onun biznesinin olmadığını sonradan öyrəndik. Onunla bizim ailəvi yaxınlığımız olub. Bütün zərərçəkmişlərə yaxın adam olub. Məsələn, bir zərərçəkən qaynıdır, biri xalası qızıdır, aralarında rəfiqəsi və ailə dostları olanlar da var.

O, hər kəsə böyük miqdarlarda - 2-3 kiloqram ağırlığında qızılları nümayiş etdirərək, sərgidən alınma bahalı qızıl əşyalarını göstərərək, müxtəlif tanınmış qızıl şirkətlərinin adlarından, qızıl ticarəti ilə məşğul olan Zülfiyyə xanımın adından istifadə edərək, qızıl bazarlarında guya öz satış “polka”larının olduğunu göstərərək inandırıb ponzi sistemi qurmuşdu.

Bunu özü də telefon danışığında dəfələrlə etiraf edib. Düşünürük ki, 30 yaşlı bir xanım bu əməlləri təkbaşına törədə bilməz. Çünki Elnarə Şirməmmədova bu əməlləri törədərkən ona kimlərsə kömək etmiş ola bilər.

Anası və atası əsas şübhələndiyimiz şəxslərdir. Zərərçəkmişlərdən pul götürərkən anası da bəzi hallarda yanında olub və həmişə anası ilə birlikdə işlədiyini deyib. Sadəcə təqsirləndirilən şəxs özü etiraf etmir”.
 

Əldə etdiyimiz məlumata görə, 9 nəfərin şikayəti əsasında Səbail Rayon Polis İdarəsində açılmış cinayət işinin ibtidai istintaqı artıq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Bundan başqa, paytaxt sakini, qızıl biznesi ilə məşğul olan Zülfiyyə Quliyevanın da E.Şirməmmədova barəsində Nəsimi Rayon Polis İdarəsinə şikayət etməsi məlum olub.

Z.Quliyeva həmcinsinin ona qarşı 940 min manatlıq dələduzluq əməli törətdiyini bildirib. Hazırda bu şikayət üzrə ayrıca material Nəsimi RPİ-də araşdırılır.

Elnarə Şirməmmədovanın atası, cənub zonasında tanınmış müğənni olan İsmayıl Səfərov mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirdi ki, hazırda məsələ ilə bağlı məhkəmə prosesi keçirilir:

“Bunların mənə heç bir aidiyyəti yoxdur. Hazırda məhkəmə prosesi keçirilir. Elnarə xanım heç kimdən pul almayıb, deyilənlərin hamısı şər-böhtandır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı -Video

Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı -Video

Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

Uşağın güvəni necə qırılır? – Psixoloqlardan şiddət görüntülərinə REAKSİYA

Uşağın güvəni necə qırılır? – Psixoloqlardan şiddət görüntülərinə REAKSİYA

Paşinyan ŞƏT sammitində rus dilində danışmaqdan imtina etdi - VİDEO

Paşinyan ŞƏT sammitində rus dilində danışmaqdan imtina etdi - VİDEO

8 ayda 20 milyard itirdilər

8 ayda 20 milyard itirdilər

Gədəbəydə kişi evində ölü tapıldı

Gədəbəydə kişi evində ölü tapıldı

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO

Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı

Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı

Norveçin yeni kralı parlament qarşısında and içdi

Norveçin yeni kralı parlament qarşısında and içdi

Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTO

Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTO

Pakistanda sürücüsüz avtomobilin təqdimatı uğursuz oldu - Polis furqonuna çırpıldı - VİDEO

Pakistanda sürücüsüz avtomobilin təqdimatı uğursuz oldu - Polis furqonuna çırpıldı - VİDEO

Azərbaycan ilə NATO arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan ilə NATO arasında əməkdaşlıq müzakirə olundu

Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Babək prospektində avtomobil yandı – VİDEO

Babək prospektində avtomobil yandı – VİDEO

Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi

Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi

Xalq artisti: "Məni ad gününə, toylarınıza da çağırmayın" - (Video)

Xalq artisti: "Məni ad gününə, toylarınıza da çağırmayın" - (Video)

Diplomatiyanın nəbzi, xəbərin sürəti: Bişkekdə ŞƏT sammiti -REPORTAJ

Diplomatiyanın nəbzi, xəbərin sürəti: Bişkekdə ŞƏT sammiti -REPORTAJ

Kir Starmer deputat mandatından imtina etdi

Kir Starmer deputat mandatından imtina etdi

Kamilə Babayevadan dünyasını dəyişən anası ilə bağlı paylaşım –Video

Kamilə Babayevadan dünyasını dəyişən anası ilə bağlı paylaşım –Video

Naxçıvandan Bişkekə uzanan yol: Azərbaycanın yüksələn geosiyasi xətti

Naxçıvandan Bişkekə uzanan yol: Azərbaycanın yüksələn geosiyasi xətti

Gömrükdə 232 min manatdan artıq bəyan edilməyən mal AŞKARLANDI

Gömrükdə 232 min manatdan artıq bəyan edilməyən mal AŞKARLANDI

DİQQƏT! Sabirabadın bəzi kəndlərində qaz olmayacaq

DİQQƏT! Sabirabadın bəzi kəndlərində qaz olmayacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırıldı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırıldı

Prezidentin “ŞƏT plyus” sammitində çıxışından TARİXİ MESAJLAR – FOTO

Prezidentin “ŞƏT plyus” sammitində çıxışından TARİXİ MESAJLAR – FOTO

End of content

No more pages to load

RADİO