İsmayıllının Tubukənd kəndində infrastruktur problemləri sakinlərin narazılığına səbəb olub.
Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, əvvəllər 60-70 ailənin məskunlaşdığı bu yaşayış məntəqəsində hazırda cəmi 22 sakin qalıb.
Kəndlilərin ərazini tərk etməsinə yol, qaz və su xətlərinin olmaması, həmçinin elektrik enerjisinin və internet təminatının bərbad vəziyyəti səbəb olub.
Sakinlər xüsusilə qış aylarında yolsuzluqdan rayon mərkəzinə gedə bilmədiklərini, yayda isə içməli suyu bir neçə kilometr uzaqdan daşıdıqlarını bildirirlər.
Hazırda ərazidə qalan azsaylı əhali yalnız kənd təsərrüfatı ilə məşğul olan şəxslərdir. Onlar da kənddə mövcud olan problemlər həllini tapmayacağı təqdirdə ərazidən köçəcəklərini bildirirlər.
Bizim.Media