Qubanın Rustov kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, "VAZ-2107" markalı minik avtomobilinin yolun kənarında dayanan yük maşını ilə toqquşması nəticəsində minik avtomobilində olan 3 nəfər xəsarət alıb.
İlkin məlumata görə, onlardan 2-si ağır, 1-i isə yüngül dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu