Çin istehsalçıları məişət texnikasının imkanlarını yeni səviyyəyə qaldıraraq, kondisionerləri daha "ağıllı" və interaktiv cihazlara çeviriblər. Artıq Çində satışa çıxarılan yeni nəsil kondisionerlərə yerli "DeepSeek" neyroşəbəkəsi inteqrasiya olunub.
Bizim.Media xəbər verir ki, süni intellektin tətbiqi sayəsində kondisionerlər sadəcə temperaturu tənzimləməklə kifayətlənmir. İstifadəçilər cihazla birbaşa dialoqa girə bilərlər.
Yeni sistem sayəsində kondisionerlər hava proqnozu haqqında məlumat verə, istənilən mövzuda sualları cavablandıra, musiqi ifa edərək evdəki mühiti daha xoş edə bilər.
Avropada təəccüblə qarşılandı
Çinin bu texnoloji sıçrayışı Avropa bazarlarında böyük rezonans doğurub. İstehlakçı elektronikasında gözlənilməz olan bu yenilik, məişət texnikasının funksionallığının necə dəyişə biləcəyinə dair Avropada ciddi müzakirələrə və marağa səbəb olub.
Mütəxəssislər hesab edir ki, bu addım "ağıllı ev" sistemlərinin inkişafında köklü dəyişikliklərin başlanğıcı ola bilər.
Bizim.Media