Kimlərə nəm salfetdən istifadə etmək olmaz? – Avropanın yasaqladığı təmizləyici vasitələrlə bağlı XƏBƏRDARLIQ

Günümüzdə birdəfəlik nəm salfetlərdən istifadə etməyən çox az adam tapılar. Həm sərfəli, həm də gigiyenik olaraq çox işimizə yarayır. Amma tərkibində plastik liflər olan nəm salfetlərin həm insan sağlamlığı, həm də ətraf mühitə təsiri ilə bağlı narahatlıqlar da artır. Məhz bu səbəbdən Böyük Britaniya plastik lif tərkibli birdəfəlik nəm salfetlərdən imtina etmək qərarı verib.

Mütəxəssislər bildirirlər ki, bu məhsulların əsas problemi onların təbiətdə uzun müddət parçalanmaması və mikroplastik çirklənməsinə səbəb olmasıdır. Bununla yanaşı, həssas dəriyə malik bəzi insanlara nəm salfetlər tövsiyə olunmur.  

Bunun səbəbini Bizim.Media-ya açıqlayan dermatoloq Səbinə İsayeva bildirdi ki, artıq kimyəvi tərkibli təmizləyici sağlamlıq baxımından tövsiyə olunmur.

“Plastik liflərin sağlam dəriyə əhəmiyyətli toksik təsiri yoxdur. Amma həssas dərili insanlar, eləcə də uşaqlar kontakt dermatit problemi yaşaya bilərlər. Salfetin tərkibindəki konservantlar, ətirlər və ya təmizləyici, köpüklü maddələr allergik reaksiyaya səbəb olur. Bundan başqa, mütəmadi istifadə zamanı dərinin qurumasına və həssaslaşmasına gətirib çıxara bilər”.

Həkim diqqətə çatdırdı ki, xüsusilə ekzema, açıq yara və ya iltihablı dərilərə nəm salfetlər vurmaq olmaz. Çünki belə yaralarda müxtəlif maddələrin sorulması daha asan ola bilər və problem daha da dərinləşər. Təmizliyə diqqət yetirən, nəm salfetlərdən imtina etmək istəməyənlər isə ən azından ətirsiz, spirtsiz və bitki mənşəli lifli nəm salfetlərə üstünlük versin.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

İmişlidə "Mercedes" yandı - FOTO

İmişlidə "Mercedes" yandı - FOTO

Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu - ADLAR

Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu - ADLAR

Rubio Rusiya haqqında: “Onlar dünyada ikinci ən böyük nüvə gücünə sahibdir”

Rubio Rusiya haqqında: “Onlar dünyada ikinci ən böyük nüvə gücünə sahibdir”

Gədəbəydə 78 yaşlı kişinin evində meyiti tapıldı

Gədəbəydə 78 yaşlı kişinin evində meyiti tapıldı

Qusarda leysan yağışlarının fəsadları yerində araşdırıldı — İcra başçısı və ADSEA rəsmiləri rayonda - FOTO

Qusarda leysan yağışlarının fəsadları yerində araşdırıldı — İcra başçısı və ADSEA rəsmiləri rayonda - FOTO

End of content

No more pages to load

RADİO