Bu gün Ümumdünya Balıqçılıq Günüdür

İyunun 27-si Ümumdünya Balıqçılıq Günü kimi qeyd olunur.

Bizim.Media xəbər verir ki, bu gün 1984-cü ildə Romada keçirilən balıqçılığın tənzimlənməsi və inkişafı üzrə beynəlxalq konfransın qərarı ilə təsis edilib və 1985-ci ildən qeyd olunur.

Ümumdünya Balıqçılıq Gününün əsas məqsədi balıq ehtiyatlarının qorunması, su bioresurslarının səmərəli istifadəsi, həmçinin balıqçılıq ənənələrinin yaşadılması barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Bu gün dünyanın bir çox ölkələrində balıq ovu üzrə müxtəlif yarışlar, təlim seminarları keçirilir.

Həmin tədbirlər həm peşəkar, həm də həvəskar balıqçıları bir araya gətirir. Azərbaycanda da Xəzər dənizi və daxili su hövzələrinin zənginliyi nəzərə alınaraq, bu gün hər il qeyd edilir.
 

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə əmtəəlik akvakultura məhsullarının illik istehsal həcmi təxminən 4000 ton təşkil edir ki, bu da ölkədaxili istehlakın yalnız kiçik bir hissəsini qarşılayır. 2030-cu ilə qədər akvakultura məhsulları istehsalının həcminin ən azı iki dəfə artırılması əsas hədəf kimi müəyyən edilib.


Azərbaycanda balıqçılıq sahəsinin inkişafına nail olmaq üçün hazırda ilkin mərhələdə istehsal həcminə bağlı subsidiyaların tətbiqi ilə bağlı layihə üzərində iş aparılır. Bununla yanaşı, balıqçılıqda istifadə olunan müəyyən material və avadanlıqların ölkəyə idxalı zamanı güzəştlərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, gələcək illərdə akvakultura subyektləri üçün aqrar kredit və aqrar sığorta mexanizmlərinin yaradılması planlaşdırılır.

İlk növbədə, akvakultura təsərrüfatlarının fəaliyyətinin rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədilə qanunvericiliyin tələblərinin sadələşdirilməsi vacib hesab olunur.

Bununla yanaşı, ölkənin damazlıq materialına olan tələbatının ödənilməsi və təbii su bioresurslarının bərpasının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin müasir tələblərə uyğun yenidən qurulması nəzərdə tutulur. Həmçinin ölkənin müxtəlif bölgələrində bir neçə yeni, müasir tipli akvakultura müəssisəsinin yaradılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

End of content

No more pages to load

RADİO