Abşeronda kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ömər Cəfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media Pravda.az-a istinadla xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama görə, Ömər Cəfərov Abşeron rayonu ərazisindəki ünvanda həyat yoldaşı, zərərçəkmiş Mənsumə Cəfərova (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisəyə səbəb qadının evdə yemək hazırlamaması ilə bağlı ərinin ona irad bildirməsi olub.
 

Bu zaman təqsirləndirilən şəxs əsəbiləşərək həyat yoldaşının üzərinə hücum edib və əvvəlcə onun sifət nahiyəsinə əl ilə zərbə endirib. Daha sonra Ömər Mənsumənin əlində olan mobil telefonu alaraq həmin telefonla onun sağ qoluna vurub.


Hadisə nəticəsində zərərçəkmiş şəxs sağ yuxarı ətrafın hərəkət məhdudluğu ilə müşayiət olunan, sağ said nahiyəsinin əzilməsi, ağrılı və şişkin genişsahəli hematoma ilə xarakterizə edilən xəsarətlər alıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngüldərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

Bununla da, Ömər Cəfərov Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməkdə təqsirləndirilib.

Məhkəmə hazırlıq iclasında Ömər Cəfərov özünü təqsirli bilib. O deyib ki, hadisə günü evdə olarkən Mənsumə Cəfərovanın uşaqlar üçün yemək hazırlamamasına irad bildirib və bu səbəbdən aralarında mübahisə yaranıb. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, mübahisədən sonra o, evi tərk edib.

 

Ömər sonradan həyat yoldaşı ilə barışdıqlarını, dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edib. Məhkəmədə dindirilən Mənsumə Cəfərova da hadisənin göstərilən qaydada baş verdiyini təsdiqləyib.


Zərərçəkmiş şəxs qeyd edib ki, mübahisə təxminən 10 dəqiqə davam edib və hadisə zamanı istifadə etdiyi mobil telefona hər hansı ziyan dəyməyib.

Eyni zamanda, o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahmar Mövsümov: “Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir”

Şahmar Mövsümov: “Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir”

Bu məlumatları yayan informasiya resurslarının fəaliyyəti MƏHDUDLAŞDIRILACAQ – SİYAHI

Bu məlumatları yayan informasiya resurslarının fəaliyyəti MƏHDUDLAŞDIRILACAQ – SİYAHI

Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı ilə bağlı MÜHÜM YENİLİK

Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı ilə bağlı MÜHÜM YENİLİK

DÇ-2026: Messi əfsanələr sırasına qoşuldu

DÇ-2026: Messi əfsanələr sırasına qoşuldu

Ağacdan yıxılan 71 yaşlı kişi VƏFAT ETDİ

Ağacdan yıxılan 71 yaşlı kişi VƏFAT ETDİ

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Daşaltı kəndində - FOTO

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Daşaltı kəndində - FOTO

Qadın sığorta pulu almaq üçün öz mənzilini yandırdı – ANBAAN VİDEO

Qadın sığorta pulu almaq üçün öz mənzilini yandırdı – ANBAAN VİDEO

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTO

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTO

30 il əvvəl itirdiyi pul qabını görün harada TAPDI

30 il əvvəl itirdiyi pul qabını görün harada TAPDI

Leninin əsərləri də Rusiyada "qara siyahı"ya SALINDI

Leninin əsərləri də Rusiyada "qara siyahı"ya SALINDI

“Bura Bakıdır, kənd deyil ki, səhənglə bulaqdan su gətirək...”– Video

“Bura Bakıdır, kənd deyil ki, səhənglə bulaqdan su gətirək...”– Video

Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

Erməni komandirin SƏHLƏNKARLIĞI: Təlim zamanı əsgər yaralandı, bir ayağını itirdi

Erməni komandirin SƏHLƏNKARLIĞI: Təlim zamanı əsgər yaralandı, bir ayağını itirdi

Kənd təsərrüfatı təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Kənd təsərrüfatı təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Bu daşın qiyməti qramına 5000 dollara çatır - Onu hər kəs tapa bilər

Bu daşın qiyməti qramına 5000 dollara çatır - Onu hər kəs tapa bilər

Bakı Zooparkı yeni quruma birləşdirilir

Bakı Zooparkı yeni quruma birləşdirilir

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

İqtisadi cinayət törətmiş bəzi şəxslər məsuliyyətdən AZAD EDİLƏCƏK

İqtisadi cinayət törətmiş bəzi şəxslər məsuliyyətdən AZAD EDİLƏCƏK

Kənd təsərrüfatı torpaqları vərəsələr arasında BELƏ BÖLÜNƏCƏK

Kənd təsərrüfatı torpaqları vərəsələr arasında BELƏ BÖLÜNƏCƏK

Onlayn qumar oyunları ilə bağlı XƏBƏRDARLIQ – Cəzalar sərtləşdirilir

Onlayn qumar oyunları ilə bağlı XƏBƏRDARLIQ – Cəzalar sərtləşdirilir

Bu şəxsləri 6 ayadək HƏBS CƏZASI gözləyir

Bu şəxsləri 6 ayadək HƏBS CƏZASI gözləyir

Baş nazirdən qaz təchizatı ilə bağlı QƏRAR

Baş nazirdən qaz təchizatı ilə bağlı QƏRAR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kim Çen İndən nüvə müharibəsi XƏBƏRDARLIĞI

Kim Çen İndən nüvə müharibəsi XƏBƏRDARLIĞI

End of content

No more pages to load

RADİO