Aprel ayının 6-da sel sularının çökdürdüyü Gəndob–Xaçmaz–Xudat–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xaçmazın İstisu qəsəbəsindən keçən 60-cı kilometrliyində təmir-bərpa işləri başa çatıb.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, yolun müvəqqəti olaraq nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə verilməsindən sonra artıq əraziyə yeni asfalt örtüyü də döşənib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Xaçmaz rayonundakı 4 nömrəli Yol İstismar İdarəsindən məlumat verilib.
Hazırda yolda avtomaşınların maneəsiz və təhlükəsiz hərəkəti tam təmin edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu