Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

İmişli sakini Xələf Fərəcovun oğlu tərəfindən qətlinin sifarişi edilməsi ilə bağlı daha bir nəfərin məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, sözügedən hadisəyə görə məsuliyyətə cəlb olunan dördüncü şəxs - Vüsal Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinaytlər Məhkəməsində baxılıb.

Məlum olub ki, Fəqan Fərəcov tamah niyyəti ilə atasını öldürmək üçün sifariş verdiyi icraçılara 60 000 manat boyun olub.

Əvvəlcə onu bildirək ki, Fəqan atasını öldürmək üçün tanışı İlkin Hüseynovla əlaqə saxlayaraq, bu sifarişi icra edə biləcək şəxsin tapılmasını istəyib. Bu zaman İlkin Belarusiyada yaşayan Vüsal Məmmədovu tapıb. Telefon danışığı zamanı İlkin Vüsala bu işin tək adamın görə bilməcəyini bildirib, ondan əlavə icraçı tapılmasını xahiş edib. Nəticədə Xələf Fərəcovun qətlində iştirak edəcək şəxs qismində Fariz İsmayılovla əlaqə saxlanılıb, ondan razılıq alınıb.
 

Razılaşmaya görə, 60 min manatın 30 mini icraçıya çatmalı, qalan məbləğ isə İlkinlə Vüsal arasında bölünməli idi. Cinayət planmasına əsasən, elə görüntü yaratmaq lazım imiş ki, guya Xələf Fərəcov bədbəxt hadisə nəticəsində - elektrik cərayanı vurmasından ölüb.


Qruplaşma arasındakı razılaşmaya əsasən, İlkin Hüseynovla Fariz İsmayılov İmişliyə, zərərçəkən şəxsin yaşadığı ünvana yollanıblar. İcraata başlayan zaman qonşulardan birinin öz evindən çıxaraq küçə ilə hərəkət etməsi cinayətkarları ifşa olunma qorxusu ilə üz-üzə qoyub. Buna görə də onlar öz istəklərindən asılı olmayaraq, cinayət əməlini başa çatdırmayıb və hadisə yerindən qaçmaq məcburiyyətində qalıblar.

Bundan sonra sifarişçi ilə icraçılar arasında gərginlik yaranıb. Fəqan bu vatsap yazışmasında İlkinə etirazını bildirib:

"Ə qəsəbədə nə axtarırsan, ay İlkin? Sən orda iş görürsən. Qəsəbədə nə axtarırsan, qardaş? Özünü “palit” eləyə-eləyə gedirsən. Qardaş, başına dönüm, bu iş sənlik deyil, konkret olaraq sənlik deyil. Böyründəki də səndən xamdı. “Uje” üçüncü səfərdi e, siz məni yandırırsız. Üçüncü səfər oldu. “İqruşka” oynayırsız, ə? Çağır, o adama denən ki, (Vüsal Məmmədovu nəzərdə tutur - red) onu kim yollayıb bura. Denən özü gəlib işi görür görsün, görmürsə, mən oyuncaq deyiləm. Mən bir ətək pul verməmişəm ki, gedib mənə xamı gətirə, məni yandıra ortada. Çağır, ona denən ki, özü gəlib işi görür görsün".

Bundan əvvəl isə Fəqanla İlkin arasında aşağıdakı yazışma gerçəkləşib:

İlkin yazıb:

"Qaqa, o sən dediyin tərəfdə ağac qırıntıları var. Səs-küy çox olur orada. Dəhşət e. Gözlədik bir az ki, şey eləyək. O “Niva” tərəfdən Allaha and olsun, gecə saat 4 idi. Bir qaqaş çıxdı. Gəldi biz tərəfə. Elə biz də fırlandıq şeyə tərəf – yola tərəf, sağa döndük, maşın gözləyirik guya. Gəldi, elə yanımızdan keçdi, bir-iki dəfə də arxaya baxdı, getdi. Heç nə də, dedik, birdən nə isə zibili çıxar, eləyər, çıxdıq, gəldik. Buralardayıq də indi hələ ki. Şey eləyirik – səndən bir şey gözləyirik, görək nağaraq, neynəyək? Saat neçədə gedəcəyik?"

Fəqan isə belə cavab verib:

"Əsas indidi. Alınsa, keçə bilsəz, şunurunuzu qoşmursunuz ha? Çünki saat 5-də zadda, 6-nın yarısı çıxıb gedəcək də. Onda hava işıqlı olacaq. Onda qoşarsız. İndi qoşma. Çünki görünəcək. Şunuru tanıyır. O da “uje” şübhə yaradır. Şunur-zad qoşma. Get otur, dincəlin. Arxaya getməyə ehtiyac yoxdu ha, orda şeyin – ”padval”ın altında otura bilərsən, bəridə. Qaqa, hansınız həyətə keçsəz, qapının dalını açmağa gələndə o yana-bu yana baxsın, diqqətli olsun həyətdə bir az. Yəni elə o dəqiqə yüyürüb gəlib şey eləməsin də – qapını açmasın. İçəridən bir az diqqətli olsun, dalına-qabağına baxsın. Olmağa heç kim olmayacaq".

Qeyd edk ki, bu cinayət işinə görə əvvəlcə Fərəcov Fəqan Xələf oğlu, Hüseynov İlkin Yavər oğlu və İsmayılov Fariz Eldar birgə mühakimə olunub. Vüsal Məmmədov isə hadisədən sonra Belarusa qaçıb. Lakin o, sonradan tutularaq Azərbaycana gətirilib. Məhkəmənin hökmünə əsasən, Vüsal Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (xitab24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

End of content

No more pages to load

RADİO