Bakıda daha bir gənc qız binadan yıxılıb.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Səbail rayonu,Xanlar küçəsində qeydə alınıb.
Orada yaşayan, 2007-ci il təvəllüdlü Z. Hüseynova yaşadığı binadan yıxılıb. Xəstəxanaya yerləşdirilən Z.Hüseynovanın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Xətai rayonundan da gənc qız binadan yıxılaraq ölüb.
Bizim.Media