Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş...

Bir müddət əvvəl rəhbəri həbs olunan “Həyat üçün şans” reabilitasiya mərkəzi ilə bağlı daha bir qalmaqal üzə çıxıb.

Bizim.Media Xitab24.az-a istinadla xəbər verir ki, reabilitasiya mərkəzinin Zığ qəsəbəsi ərazisində yerləşən filialında müalicə alan şəxslərin qanunsuz azadlıqdan məhrum edildiyi müəyyənləşib.

Cinayət Məcəlləsinin bir neçə şəxsi qanunsuz azadlıqdan məhrumetmə maddəsi içə “Həyat üçün şans” reabilitasiya mərkəzinin iki rəhbər şəxsi – İlknur Məmmədova və Rasimə Əliyeva cinayət məsuliyyətinə cəlb olunub.

Məlum olub ki, müalicə adı altında mərkəzə yerləşdirilən şəxslər bir müddət sonra baş verənlərə görə orada qalmaqdan imtina edərək evlərinə qayıtmaq istəyiblər.

Rasimə ilə İlknur isə mərkəzin həyətində tikilən, dəmir barmaqlıqlar vurulan, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evə salaraq, onları qanunsuz qapalı şəraitdə saxlayıblar. Zərərçəkənlərdən biri yeniyetmə olub.

Hadisə üzrə zərərçəkənlər ifadəsində bildirib ki, mərkəzdən getmək istəyərkən işgəncələrə məruz qalıblar. Kimisi döyülüb, kimisinin üzərinə soyuq su vurulub. Hərəkəti məhdudlaşdırılan zərərçəkənlər qapıya və pəncərəyə yaxınlaşa bilməyiblər.
 

Cərimə olaraq isə “özbaşınalıq, bu xəstəliyə qarşı çıxmaq deyilənlərə əməl etməmək deməkdir” cümləsini 500 dəfə yazmaq tapşırılıb. Müalicə alan şəxslər bu cümlənin yazılışında hər hansı hərf səhvinə yol verdiyi halda yenidən yazmağa başlamalı olublar.


Bundan başqa, mərkəzdə düyünü, qarabaşağı və mərcini bir qaba dolduraq, onları bir-birindən ayırmağa məcbur ediblər. Bundan başqa, əzablar arasında şüşə qapağı ilə bir mərtəbədən digər mərtəbəyə su daşımaq da olub.

Bəzən soyuducunun dondurucusundan çıxarılan buz kimi suyu da zərərçəkənlərin başına töküblər. Eyni zamanda gecələr qəfil yuxudan oyadılıb səhərə qədər yazılar yazdırmaq da tətbiq edilən cəzalar arasında olub.

Mərkəzə müalicə üçün yerləşdirilən şəxslər daha sonra işgəncələrə dözməyərək oradan qaçmağa müvəffəq olublar.

Bu iş üzrə təqsirləndirilən qadınların məhkəməsi artıq başa çatıb. Məhkəmənin hökmünə əsasən, hər iki şəxs üç il müddətinə azadlıqdan məhrum edilib. Qadınların cəzası himayələrində olan uşaqların 14 yaşına çatana qədər təxirə salınıb.

Qeyd edək ki, “Həyat üçün şans” reabilitasiya mərkəzi adı altında fəaliyyət göstərin mərkəzin əsas rəhbəri Elxiz Alxanov ötən ilin sonunda 10 il 6 ay müddətinə həbs olunub.

O, Abşeron rayonunda yerləşən “Həyat üçün şans” reabilitasiya mərkəzinə müalicə üçün gətirilən və bir gün sonra orada dünyasını dəyişən Pərviz Zərdan oğlu Həsənovun ölümündə ittiham olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO