Azərbaycanda dövlət mülkiyyətində olan mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin iyunun 12-də təsdiqlədiyi "Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nda öz əksini tapıb.
Sənəddə vurğulanıb ki, mülki hava limanları Mülki Məcəllə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna və həmin qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər.
Bizim.Media