İlkin ehtimala görə, zəlzələ 5 baldan yuxarı baş verib.
Bizim.Media xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O, bildirib ki, məlumata görə, dağıntı olmasa da, yeraltı təkan hiss edilib.
Qeyd edək ki, az öncə Azərbaycanda zəlzələ olub.
Yeraltı təkan Ağdam, Şəmkir, Göygöl, Quba və bir neçə bölgədə hiss olunub.
Bizim.Media