Çin maşınlarının adı çıxıb – Ən çox bu avtomobil markaları qəfil alışır

Son günlər yollarda avtomobillərin qəfil alışması ilə bağlı videogörüntülər sürücülərin narahatlığına səbəb olub. Xüsusilə uzaq yollara çıxan, şəhərin sıxlığında tıxacda qalıb bununla da mühərriki qızdıran avtomobil sahibləri bu hadisələrin səbəblərini axtarırlar.

Əslində, bu, yeni yaranmış problem deyil, həm ənənəvi avtomobillərdə, həm də hibrid və elektrik avtomobillərində yanğın riski həmişə mövcud olub. Lakin son aylarda yanma hadisələrinin artması diqqəti bu mövzuya yenidən yönəldib.

Avtomobil üzrə mütəxəssis Nəzər Abbasov məsələni Bizim.Media-ya belə izah etdi ki, istər təzə, istərsə də köhnə avtomobillərdə bənzər hadisələr yaşana bilər. Əsasən elektrik naqillərindəki qısaqapanmadan alışma yaranır:

“Xüsusən də sonradan quraşdırılmış siqnalizasiya, audio sistem, arxa kamera bu cür hadisələrə səbəb olur. Bəzi avtomobil modelləri ümumiyyətlə orijinal olmayan heç bir detal qəbul etmir. Orijinal əlavələr də baha olduğu üçün Çin istehsalı detallara üstünlük verilir, nəticədə belə kontakt problemləri yaranır”.

Mütəxəssis etiraf edir ki, səbəb tək bu deyil. Benzin və ya dizelin mühərrikin isti hissələrinə düşməsi, mühərrikin və katalizatorun həddindən artıq qızması, soyutma sisteminin nasazlığı da alışmaya gətirib çıxara bilər.
 

N.Abbasov ənənəvi modellərlə yanaşı hibrid və elektrik avtomobillərində də bu problemlərin sıx-sıx yarandığını deyir. Batareya problemləri, daxili qısaqapanma, həddindən artıq yüklənmə yeni sinif avtomobillərdə alışma yarada bilər.


Daha çox hansı avtomobillərin risk altında olduğuna gəlincə isə mütəxəssis bildirir ki, son günlər əvvəlki modellərlə bağlı yanma görüntüləri Çin maşınları haqqındakı stereotipləri dağıtdı:

“Çin avtomobillərinin ölkəyə kütləvi gətirilməsindən sonra ilk başda ustalarının və detallarının az tapılan olması onlar haqqında xeyli xoşagəlməz müzakirələr yaratdı. Amma görünən odur ki, indi Çin maşınları qalıb bir yana, etibarlı modellərin maşınları alışır. Son günlər Mersedes-Benz, Hyundai, Toyota, Ford kimi özünü təsdiqləmiş markaların maşınlarının alışması onu göstərir ki, deməli problem əslində modeldə yox, ona olunan müdaxilədə və avtomobilə vaxtlı-vaxtında qulluq etməməkdədir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

End of content

No more pages to load

RADİO