Ağsuda yol qəzası baş verib. Hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsudan keçən ərazisində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hərəktdə olan yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.
Avtomobildə olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media