Arayik və digərləri apellyasiya məhkəməsində - FOTO

İyunun 9-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
 

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Məhkəmə prosesini Ombudsman Aparatının nümayəndələri də izləyiblər.


Əvvəlcə keçən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən bir qisminin ötən məhkəmə iclasında xahiş etdiyi sənədlərin tərcüməsi onlara təqdim edilib.

Təqsirləndirilən Davit İşxanyan isə 26 may tarixli məhkəmə iclasının məhkəmə-iclas protokolu ilə tanış olmaq istədiyini deyib.

Sədrlik edən məhkəmə-iclas protokolu ilə tanış olmaq üçün məhkəməyə müraciət edilməsinin lazım olduğunu, sənədlərlə tanışlıq üçün heç bir məhdudiyyət qoyulmadığını bildirib.

Ardınca sədrlik edən bildirib ki, məhkəmə kollegiyası Cinayət Prosessual Məcəlləsinin 394-cü maddəsinin, habelə apellyasiya şikayətlərinin dəlilləri və Məcəllənin 339-341-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə çıxışlarının icra edilməsi ilə bağlı prosessual fəaliyyətin başlanmasını qanunauyğun hesab edir.
 

Çıxış üçün söz müdafiə tərəfinə verilib. Lakin A.Arutyunyanın müdafiəçisi istisna olmaqla digər vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmə prosesinin təxirə salınmasını məhkəmədən xahiş ediblər.


David Manukyan və Davit İşxanyan məhkəmə prosesinin davam etdirilməsini məhkəmədən xahiş edib.

Məhkəmədə fasilə elan olunub.

Fasilə zamanı təqsirləndirilən şəxslərdən bəziləri öz müdafiəçiləri ilə konfidensial qaydada görüşlər keçiriblər.

Fasilədən sonra sədrlik edən elan edib ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkilləri ilə konfidensial görüşmələrinə dair vəsatətləri təmin edərək onlara bunun üçün şərait yaradıb. Bundan başqa, iclasda çıxış etmək istəyən şəxslərə də müvafiq şərait yaradacaq. Digər təqsirləndirilənlərin çıxışa hazırlaşması üçün isə onlara vaxt veriləcək.
 

Ardınca təqsirləndirilən Arayik Arutyunyanın müdafiəçisi Anar Məmmədov çıxış edib. Vəkil çıxışında müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib.


Təqsirləndirilən Arayik Arutyunyan çıxış edərək vəkilinin mövqeyi ilə razılaşdığını və səsləndirdiyi fikirləri müdafiə etdiyini deyib.

Məhkəmənin növbəti iclası iyunun 16-da keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Saakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.








































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

End of content

No more pages to load

RADİO