Xaçmaz rayonunun Yergüc kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, belə ki, kənd sakini, 70 yaşlı Murad Müslüm oğlu Əspəndiyev heyvanın hücumuna məruz qalıb.
Kənddəki uzunqulaqlardan biri qəfildən yaşlı kişiyə hücum edərək onu dişləyib. Aldığı xəsarətlərdən Murad Əspəndiyev hadisə yerindəcə dünyasını dəyişib.
Məlumata görə, heyvana quduzluq əleyhinə vaksin vurulubmiş. 14 gün ərzində nəticəsi bilinəcəkmiş.
Faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu