“Dəmir atlılar”ın HEKAYƏSİ - Baykerlərin üsyankar obrazlarının arxasında nə dayanır?

Hər il iyunun ikinci çərşənbə axşamı dünyada “Ride to Work Day” (Motosikletlə İşə Getmə Günü) qeyd olunur. 2026-cı ildə bu əlamətdar gün 9 iyuna düşür. Bəzi ölkələr bu günü həm də “Baykerlər günü” kimi qeyd edirlər. Bu əlamətdar gün münasibətilə “asi sürücülər”i təbrik etmək olardı, amma onlar bunu özəl gün olaraq qəbul etmir. Öz dilləri ilə desək “motosikletlə işə getməklə, motosikleti həyatın bir parçası kimi yaşamaq” eyni şey deyil.

Tarixə baxsaq, baykerlik əsasən İkinci Dünya müharibəsindən sonra formalaşdı. Bu dövrdə çoxlu yeni klublar yarandı və bayker subkulturası geniş yayıldı. 1950-ci illərdə motosikletçilər haqqında filmlər onların "üsyankar" obrazını yaratdı. Dəri gödəkçə, jilet, klub nişanları və uzun səfərlər baykerliyin simvollarına çevrildi. Əslində isə baykerliyin əsas fəlsəfəsi üç anlayış ətrafında formalaşıb: azadlıq, birlik, yol mədəniyyəti.

Maraqlıdır, motosikletlərə günü-gündən həvəs artdığı bir vaxtda niyə dünyada və Azərbaycanda konkret bir rəmzi gün təsis olunmur?

Peşəkar bayker İntiqam İbrahimov deyir ki, baykerlər üçün motosiklet mövsümünün açılışı və bağlanışı xüsusi əhəmiyyət daşıyır. Hər il yaz aylarında mövsümün açılışı münasibətilə yürüşlər və görüşlər keçirilir. Baykerlər üçün bu tədbirlər elə müəyyən mənada bayram deməkdir.

Azərbaycanda baykerliyin yaranma tarixinə gəlincə isə həmsöhbətim diqqətə çatdırdı ki, baykerlik mədəniyyətinin yaradılması 1999-cu ilə təsadüf edir.  

“İlk illərdə motosiklet həvəskarları kiçik qruplar şəklində fəaliyyət göstərirdilər. Sonradan müxtəlif motoklublar yarandı, xarici ölkələrin baykerləri ilə əlaqələr quruldu və daha geniş yayılmağa başladı. Hazırda Azərbaycanda kifayət qədər motoklublar var. Onların arasında uzun illərdir fəaliyyət göstərənlər də var, həvəskar klublar da.

Bəzi klublar müəyyən marka sahiblərini, digərləri isə ümumi motosiklet həvəskarlarını birləşdirir. Hər klubun öz qaydaları və ənənələri olsa da, motosiklet sevgisi onları birləşdirən əsas amildir. Baykerlər ən çox motosiklet mövsümünün açılışı və bağlanışı zamanı, müxtəlif motofestivallarda bir araya gəlirlər”.

Xatırladaq ki, gənclər arasında hələ SSRİ dövründə 1970-1980-ci illərdə də motosikletlərə xüsusi rəğbət vardı. SSRİ istehsalı olan  Java, Ural, Dnepr motosikletləri populyar idi, xüsusilə Java sahibi olmaq prestij sayılırdı.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

End of content

No more pages to load

RADİO