Ən çox qiymət artımı hansı mənzillərdə qeydə alınıb? – HESABAT

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin may ayı üzrə daşınmaz əmlakın indekslərini açıqlayıb. Qeyd olunub ki hesabatın hazırlanması zamanı baza ili (2025-ci ilin ilin sonu və 2026-cı ilin əvvəli) əsas götürülür.

Palatadan Bizim.Media-ya bildirilib ki, 2026-cı ilin may ayı ərzində daşınmaz əmlak bazarında ümumi artım tendensiyası davam edib və ayrı-ayrı seqmentlər üzrə dinamika fərqli xüsusiyyətlərlə diqqət çəkib.

Hesabat dövründə AQP Kompozit daşınmaz əmlak indeksi may ayında 106.0 səviyyəsində formalaşıb və 2025-ci ilin dekabr ayı ilə müqayisədə bazarda orta hesabla 6.0% artım baş verib.

Aparılan kompleks analizlər göstərir ki, bazarın əsas hərəkətverici qüvvəsi torpaq seqmenti olub. Bakı şəhəri üzrə torpaq bazarında indeks 116.0 səviyyəsinə yüksələrək bütün daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım nümayiş etdirib. Ekspertlər xüsusilə development potensialına malik torpaq sahələrinə, çoxmənzilli yaşayış və kommersiya layihələri üçün nəzərdə tutulan ərazilərə investisiya marağının artmasını bu yüksəlişin əsas səbəbi hesab edirlər.

Premium və periferiya zonaları arasında qiymət fərqlərinin hələ də yüksək səviyyədə qalması torpaq bazarının struktur xüsusiyyətlərini qoruduğunu göstərir.

Eyni zamanda, yeni tikili mənzillər bazarı öz lider mövqeyini və yüksək likvidliyini saxlaya bilib.

May ayında bu seqment üzrə indeksin 104.2 səviyyəsində formalaşması bazarda sabit tələbin davam etdiyini təsdiqləyir. Premium yaşayış kompleksləri, xüsusilə şəhərin mərkəzi hissələrində və “Ağ Şəhər” layihəsi ətrafında yerləşən obyektlər qiymətlərin artımını dəstəkləməyə davam edib. Bununla yanaşı, median, orta və orta çəkili qiymətlər arasında fərqin minimal olması bazarın statistik baxımdan balanslı və sağlam inkişaf etdiyini göstərən əsas meyarlardandır.

 

Köhnə tikili mənzillər bazarında isə artım meyilləri daha məhdud çərçivədə qeydə alınıb. Bu seqmentdə indeks 102.6 səviyyəsində formalaşmış və bazarın artıq sürətli qiymət artımı mərhələsini başa vuraraq daha sabit inkişaf fazasına keçib. Premium rayonlarda qiymətlər yüksək səviyyədə qalsa da, kütləvi yaşayış seqmentində artım tempi nisbətən zəifləyib.


Fərdi yaşayış evləri bazarında da müsbət dinamika qorunaraq may ayında indeks 103.1 səviyyəsinə yüksəlib. Bununla belə aprel ayı ilə müqayisədə artım tempinin azalması bazarın tədricən tarazlaşdığını göstərir. Bu seqmentdə torpaq komponenti əsas qiymət formalaşdırıcı amil olaraq qalmaqda davam edir.

Kommersiya daşınmaz əmlakı bazarında isə hesabat ayında fərqli bir mənzərə müşahidə olunub. Satış bazarında indeks 100.8 səviyyəsində qalaraq demək olar ki, sabit dinamika nümayiş etdirdiyi halda, kommersiya obyektlərinin icarə bazarında indeks ciddi artımla 106.4 səviyyəsinə yüksəlib.

Bu artım xüsusilə ticarət sahələri və mərkəzi biznes zonalarında yerləşən ofis obyektlərinə tələbin yüksəlməsi ilə əlaqələndirilir. Ölkədə biznes aktivliyinin genişlənməsi və xidmət sektorundakı inkişaf kommersiya icarə bazarını dəstəkləyən əsas daxili faktorlar olub.
 

Mənzil kirayəsi bazarında yüksək sabitlik izlənilib. Yeni tikili mənzillərin kirayə bazarında indeks 101.6, köhnə tikili mənzillərin kirayə bazarında isə 100 səviyyəsində formalaşıb. Bu göstəricilər kirayə bazarının əsasən əhalinin real ödəmə qabiliyyəti və uzunmüddətli yaşayış tələbi əsasında tənzimləndiyini göstərir. Beləliklə, satış bazarında müşahidə olunan qiymət artımları kirayə seqmentinə tam həcmdə ötürülməyib.


May ayında diqqət çəkən digər maraqlı seqment qaraj bazarı ilə bağlı olub. İndeksin 109.5 səviyyəsinə yüksəlməsi mərkəzi rayonlarda parklanma yerlərinə artan tələbin və premium qaraj satışlarının bazara birbaşa təsirini əks etdirir. Bununla belə, bu seqmentin ümumi həcminin kiçik olması səbəbindən ayrı-ayrı əməliyyatların ümumi göstəricilərə təsiri daha yüksək qalır.

Ümumilikdə, may ayının nəticələri göstərir ki, Azərbaycan daşınmaz əmlak bazarı 2026-cı ilin ikinci rübündə sağlam və balanslı inkişafını davam etdirir. Ən yüksək artım investisiya yönümlü torpaq bazarında müşahidə olunsa da, mənzil və kommersiya seqmentlərində daha sabit və idarəolunan dinamika formalaşmışdır.

Bazarın əsas xüsusiyyəti artıq sürətli qiymət sıçrayışlarından uzaqlaşaraq daha dayanıqlı artım mərhələsinə keçməsidir.

AQP-nin peşəkar qiymətləndirmələrinə əsasən, 2026-cı ilin ikinci yarısında da bazarda mülayim artım tendensiyasının davam edəcəyi, əsas aktivliyin torpaq, yeni tikili mənzillər və kommersiya icarə seqmentlərində cəmləşəcəyi gözlənilir. Mövcud makroiqtisadi və statistik göstəricilər daşınmaz əmlak bazarında sistemli risklərin aşağı səviyyədə qaldığını və bazarın ümumi tarazlığını qoruduğunu təsdiqləyir.

Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

End of content

No more pages to load

RADİO