BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr

1918-ci ilin yayında Osmanlı qoşunlarının Gəncə istiqamətində hərəkəti Sovet Rusiyası və Bakı Xalq Komussarları Sovetində ciddi narahatlıq doğururdu. Bu məsələ ilə bağlı Almaniya da Gürcüstana təsir göstərir, Türkiyə qoşunlarını öz ərazisindən Azərbaycana buraxmamağa çağırırdı. Buna görə iyunun 10-da Azərbaycana hərəkət edən türk qoşunları alman-gürcü hərbi birləşmələri ilə üz-üzə dayandı. Az sürən hərbi əməliyyat nəticəsində Türkiyə ordusu general Kressin başçılıq etdiyi alman-gürcü ordu dəstələrini geri oturtdu və xeyli əsir götürdü.

Bəs, iyunun 10-da dünyada daha hansı hadisələr baş verib?

1. 10 iyun 1916-cı ildə Məkkə şəhəri Osmanlı dövlətindən, üsyan nəticəsində, ərəblərin əlinə keçdi.

2. 1930-cu ilin bu günündə Türkiyə ilə Yunanıstan arasında, Əhali Mübadiləsi Razılaşması imzalandı.

3. 10 iyun 1934-cı ildə İran şahı Rza Pəhləvi, Türkiyəni ziyarət məqsədilə Gürbulakda Türkiyə sərhəddinə gəldi və təntənəli şəkildə qarşılandı.

4. 1940-cı ilin 10 iyununda Mussolini Hitlerin müttəfiqi olaraq II Dünya Müharibəsinə girdi.

5. 10 iyun 1943-cü ildə Amerikalı ticarət agenti Milton Reynolds ilk diyircəkli qələmi patentləşdirib. Kütləvi istehsal edilən bu qələmə tələbat həddən çox olub. Nyu-Yorkun bir mağazasında gün ərzində on min belə qələm satılıb.

6. 1946-cı ilin 10 iyununda İtaliyada monarxiya ləğv edildi, respublika elan olundu.

7. 10 iyun 1967-cı ildə Ərəb-İsrail müharibəsində İsrail Qəzzə zolağı, Colan təpələri, Şərqi Qüds, İordan çayının qərb hissəsi və Sinay Yarımadasını işğal etdi.

8. 2000-ci ilin bu günüdə Suriya Prezidenti Hafız Əsad vəfat etdi və yerinə oğlu Bəşər Əsəd gətirildi.

10 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ilin 10 iyununda dünyaya gəlib. Kəndlilərin torpaqlarını tutmaq istəyən yerli mülkədarlara müqavimət göstərdikdən sonra qaçaq düşən Nəbi 1875-ci ildən Zəngəzur qəzasında çar hökumətinə qarşı 20 il mübarizə aparıb.

2. Bu gün Azərbaycanın xalq şairi Süleyman Rüstəmin xatirə günüdür. Onun İkinci Dünya Müharibəsi dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. Sonrakı illərdə siyasi lirika və məhəbbət lirikasının gözəl nümunələrini yaradıb (1906-1989).

3. Bu gün Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun xatirə günüdür. 30-cu illərdə “Bayatı Kürd” muğamı əsasında fantaziya, “Cəngi” və “Qəhrəmani” pyesləri məhz xalq çalğı alətləri orkestri üçün yazan Səid Rüstəmov həm də “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyalarının müəllifidir. Bəstəkar 1983-cü ilin bu günü 82 yaşında dünyasını dəyişib (1907-1983).

4. Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, filologiya elmləri doktoru , professor, Azərbaycan SSR EA həqiqi üzvü, Azərbaycanın SSR Əməkdar elm xadimi Məmməd Arif (Dadaşzadə) 10 iyun 1904-cü ildə anadan olub.

5. 10 iyun dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş, həm Qırğızıstan, həm də bütün türk dünyasının fəxri olan Çingiz Aytmatovun xatirə günüdür. O, 2008-ci ilin 10 iyununda vəfat edib. Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcılarından biri kimi qəbul olunur. Çingiz Aytmatovun yaradıcılığının pik nöqtəsi “Əsrə bərabər gün” romanıdır. 1980-ci ildə yazdığı bu roman sovet ədəbiyyatının Qərb ədəbiyyatı ilə rəqabətdəki xüsusi çəkisini, hətta qələbəsini meydana qoydu.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

End of content

No more pages to load

RADİO