Hacıbəy Heydərli:"Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi üçün vacibdir"

Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti və uşaqların təhlükəsizliyi ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Düşünürəm ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi sosial şəbəkələrdən istifadənin daha təhlükəsiz təşkili, uşaqların zərərli məzmunlardan qorunması və beynəlxalq platformaların Azərbaycanda fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Layihəyə əsasən, 16 yaşına çatmamış şəxslərin sosial şəbəkə platformalarında hesab açmasına icazə verilməyəcək. Hesab yaradılarkən istifadəçinin yaşı müxtəlif texniki vasitələrlə yoxlanılacaq, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı tələb olunacaq.
 

Qanun layihəsində 16-18 yaşlı istifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün platformalara əlavə öhdəliklər qoyulur. Belə ki, valideynlər övladlarının hesablarında reklamların məzmununa və platformadan istifadə müddətinə nəzarət edə biləcəklər. Sosial şəbəkələr uşaqların sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək məzmunların, eləcə də asılılıq yaradan alqoritmlərin qarşısını almaq üçün xüsusi texniki həllər tətbiq etməlidirlər.


Layihəyə görə, uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmun aşkar edildiyi halda platformalar onun yayılmasını ən geci 24 saat ərzində dayandırmalıdır.

Eyni zamanda, yaşın yoxlanılması üçün toplanan fərdi məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya reklam məqsədilə istifadəsi qadağan edilir. Bu məlumatlar yoxlama prosesi başa çatdıqdan dərhal sonra silinməlidir.

Qanun layihəsi xarici sosial şəbəkə platformalarının Azərbaycanda fəaliyyətinə də yeni tələblər müəyyən edir. Azərbaycan istifadəçilərinə xidmət göstərən platformalar ölkədə rəsmi qeydiyyatdan keçməli, dövlət qurumları ilə operativ əlaqə üçün nümayəndəlik və ya əlaqə mərkəzi yaratmalıdırlar.
 

Bu tələblərin yerinə yetirilməməsi halında maliyyə sanksiyaları, reklam məhdudiyyətləri və mərhələli şəkildə internet trafikinin azaldılması kimi tədbirlər nəzərdə tutulur.
Yeni qaydaların pozulmasına görə vəzifəli və hüquqi şəxslər üçün böyük məbləğdə inzibati cərimələr müəyyən edilir.


Qanunun əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi, onların zərərli informasiyadan qorunması, şəxsi məlumatların mühafizəsi və sosial şəbəkə platformalarının fəaliyyətində məsuliyyət mexanizmlərinin artırılmasıdır.

Eyni zamanda qanun layihəsinin əsas üstünlüyü uşaqların rəqəmsal mühitdə daha etibarlı və təhlükəsiz qorunmasına xidmət etməsidir. Son illərdə sosial şəbəkələrin uşaqların psixoloji sağlamlığına, şəxsi məlumatlarının təhlükəsizliyinə və ümumilikdə inkişafına təsiri ilə bağlı narahatlıqlar bütün dünyada artır.

Təklif olunan dəyişikliklər məhz bu risklərin minimuma endirilməsini hədəfləyir. Onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün çox vacibdir.

Hacıbəy Heydərli, Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

End of content

No more pages to load

RADİO