Xəbər verdiyimiz kimi, 5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərdə həyatını itirən Azərbaycan vətəndaşlarından dördünün nəşi yaxın günlərdə ölkəmizə yola salınacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nəşi tapılan dənizçilər arasında 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucov da var.
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb.
Bizim.Media