Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir

Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları geniş yayılıb. Bundan başqa, nəqliyyat vasitəsinin alqı-satqısının da etibarnamə əsasında aparılması az deyil.

Bizim.Media xəbər verir ki, son illər hətta qəza törətmiş sürücülərin növbəti ildə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayınmaq üçün maşını digər şəxslərə etibarnamə verməklə onların adından avto-icbari sığorta etdirmələrinə də rast gəlinir.

Ancaq görünən odur ki, bundan sonra başqasına etibarnamə verənlər və ya etibarnamə əsasında avtomobil idarə edənlər bu barədə bir daha düşünməli olacaqlar.

Belə ki, Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaq.

Yəni avtomobil üzrə başqa şəxslərə etibarnamə verilibsə, bu zaman onu sığorta etdirərkən təkcə həmin şəxsin yox, etibarnaməsi olan digər şəxslərin də sığorta tarixçəsi nəzərə alınacaq.

Nəticədə sığorta etdirən qəza törətmiş olmasa da, avtomobili idarə etmək hüququ olan digər şəxslərə görə sığorta haqqı yüksək ola bilər. Həmçinin qəza törətmiş şəxs digərinə etibarnamə verməklə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayına bilməyəcək.

Beləliklə, avtomobili idarə etmək hüququ olan şəxslərdən yüksək riskli olanın sığorta tarixçəsinə uyğun sığorta haqqı müəyyən ediləcək.

Qaydaya görə, avtomobili 2 və ya daha çox şəxsin idarə etmək hüququnun mövcudluğu mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya digər əşya hüquqlarına dair müqavilə, habelə nəqliyyat vasitələrinin istifadə edilməsi və ya ona sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə əsasında müəyyən olunur. Yəni etibarnamə ilə yanaşı, qeyd edilən digər sənədlər də avtomobili 2 və ya daha çox şəxsin idarə etməsi deməkdir. Bu da sığorta haqqının hesablanmasında nəzərə alınacaq.
 

Yeri gəlmişkən, dəyişikliklərə əsasən, mövcud “Bonus-Malus” sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaq. Bu mexanizmə əsasən, üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30 faiz əlavə tətbiq olunacaq.


Hazırda qüvvədə olan qaydaya görə, sığorta haqqı hesablanarkən avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda 1, iki və ya daha çox şəxsin idarə etmək hüququ olduqda 1.15 əmsal tətbiq edilir. Dəyişiklik qüvvəyə minəndən sonra avtonəqliyyat vasitəsi sahiblərinin sayı beş və ya daha çox olduqda 1.15 əmsal tətbiq ediləcək. Bu saydan az olduqda isə 1 əmsal tətbiq olunacaq.

Qeyd edək ki, yeni qayda 16 iyun 2026-cı ildən qüvvəyə minir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

End of content

No more pages to load

RADİO