Ukrayna Silahlı Qüvvələrinin Azov dənizindəki yük gəmilərinə etdiyi hücum nəticəsində xəsarət alan Azərbaycan vətəndaşları Rusiyanın Yeysk şəhərindəki xəstəxanadan evə buraxılıblar.
Bizim.Media xəbər verir ki, Krasnodar diyarının Operativ Qərargahından verilən məlumata görə, Taqanroq körfəzində gəmilərə edilən hücumdan sonra xəstəxanaya orta-ağır vəziyyətdə daxil olan altı nəfərin hamısı artıq xəstəxanadan çıxıb.
Xatırladaq ki, iyunun 5-nə keçən gecə Azov dənizində "Natra" və "Zirkon" adlı yük gəmiləri PUA hücumuna məruz qalmışdı. Gəmilərin göyərtəsində ümumilikdə 25 Azərbaycan vətəndaşı olub.
Hücum nəticəsində Azərbaycan vətəndaşları arasında həlak olan və yaralananlar qeydə alınmışdı. Xəsarət almayan digər dənizçilər isə müvəqqəti olaraq Yeysk şəhərindəki otellərdə yerləşdiriliblər və vətənə qayıtmağı gözləyirlər.
Bizim.Media