Abşeron rayonunun Məmmədli qəsəbəsində fərdi yaşayış evlərini su basıb. Buna ərazidəki göldə suyun səviyyəsinin qalxması səbəb olub.
Sakinlər bildirirlər ki, yaranmış problem səbəbindən evlərinə girib-çıxmaqda çətinlik çəkirlər. Problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, hələ ki heç bir tədbir görülməyib.
Bizim.Media xəbər verir ki, sakinlər mövcud vəziyyətlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Üfunətdən həyətə çıxmaq olmur. Nə uşaqlarımızı çölə buraxa, nə də özümüz çıxa bilirik. Müraciət etmədiyimiz yer qalmayıb, amma səsimizi eşidən yoxdur. Biz də normal şəraitdə yaşamaq istəyirik", - onlardan biri söyləyib.
Digər bir sakin isə xəstə olduğunu və bu şəraitdə həkimə belə gedə bilmədiyini vurğulayıb:
"Səhhətim yaxşı deyil, həkimə getməliyəm, amma çirkabın əlindən evdən çıxa bilmirəm. Çox pis vəziyyətdə qalmışıq".
Bizim.Media