Sabah Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.
Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bizim.Media