Taksi sürücüləri rahat olsun, azı 5 il "çörək var" — Ekspertdən açıqlama

Son illərdə nəqliyyat sektorunda texnoloji yeniliklər sürətlə artır və bu dəyişikliklər qanunvericilik səviyyəsində də öz əksini tapır. Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsində müzakirəyə çıxarılan “Nəqliyyat haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, avtonom nəqliyyat vasitələrinin istismara buraxılma qaydalarının müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu addım gələcəkdə pilotsuz idarə olunan avtomobillərin hüquqi çərçivədə istifadəsinə imkan yarada bilər.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, bu avtomobillər çox bahadır:

“Bu avtomobillərin ölkəyə gətirilməsi və istismara verilməsi kifayət qədər yüksək xərc tələb edir. Ona görə də sahibkarın belə bir avtomobili alıb 2-5 manatlıq taksi xidmətinə yönəltməsi hazırkı dövrdə real görünmür. Yaxın 5-10 il ərzində bu tip nəqliyyat vasitələri daha çox prestij və imkan göstəricisi kimi istifadə olunacaq. Yəni müəyyən şəxslərin şəxsi avtomobili statusunda olacaq.
 

Bu səbəbdən yaxın dövrdə onların geniş şəkildə tətbiq olunacağını gözləmirəm. Gələcəkdə isə belə texnologiyaların yayılması mümkündür. Amma bunun üçün ilk növbədə ümumi yol hərəkəti sistemi tam oturuşmalı, bütün sürücülər yol hərəkəti qaydalarına eyni səviyyədə əməl etməlidir.


Hazırkı vəziyyətdə bunu tam şəkildə tətbiq etmək faktiki olaraq qeyri-mümkündür. Taksi sürücülərinində bununla bağlı narahat olmağa əsas yoxdur. Hər kəsin öz işi, öz qazancı var”.

O deyib ki, bu məsələ hazırda sadəcə qanun layihəsi səviyyəsində müzakirə olunur:

“Üstəlik, burada söhbət yalnız avtomobillərdən getmir. Layihə dənizçilik, yükdaşıma və digər xidmət sahələrini də əhatə edir. Təəssüf edirəm ki, bəzi sürücülər məsələyə yalnız sərnişindaşıma prizmasından yanaşırlar.
 

Qiymət məsələsinə gəlincə isə, burada əsas amil bazar iqtisadiyyatı olacaq. Standart tariflər formalaşacaq və tələb-təklif münasibətləri qiymətləri müəyyən edəcək. Əgər sürücüsüz avtomobil daha baha xidmət göstərərsə, vətəndaş daha sərfəli variantı seçəcək.


Burada sahibkar yanaşması da vacibdir. Sahibkar hesablayır ki, əgər bir sürücüsüz avtomobilə 70-90 min manat xərc çəkəcəksə, həmin vəsaitə bir neçə adi avtomobil alıb daha çox gəlir əldə edə bilər.

Üstəlik, həmin avtomobillərdə bir neçə sürücü işləyib ailəsini dolandıra bilər. Digər tərəfdən, bahalı avtomobillərin təmiri, texniki xidməti və digər prosedurları da baha başa gəlir. Yəni belə nəqliyyat vasitələrinin saxlanılması ucuz proses deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

End of content

No more pages to load

RADİO