MİQ-ə hazırlaşanların nəzərinə: Onların nəticəsi ləğv olunacaq

Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb. Elektron sənəd qəbulu 3-10 iyun tarixlərini əhatə edəcək. Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının isə iyulun 1-8-də keçirilməsi planlaşdırılır.

Bizim.Media AzEdu.az-a istinadla xəbər verir ki, müəllimlərin işə qəbulu qaydalarına əsasən, namizədlərə test imtahanında ümumilikdə 60 sual təqdim olunacaq.

Qaydalara əsasən, test imtahanında namizədlərə tədris etdikləri fənn üzrə ümumtəhsil proqramlarına aid 40 sual təqdim ediləcək. Bundan əlavə, tədris metodikası və təlim strategiyalarını əhatə edən 20 sual da namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün istifadə olunacaq.

Namizədlərə nə qədər vaxt veriləcək?

Test imtahanı üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq. Əlilliyi olan şəxslərin imtahanda iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılacaq. Müvafiq normativ sənədlərə uyğun olaraq pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan bəzi namizədlər üçün fərdi nəzarətçi təyin ediləcək və onlara əlavə 30 dəqiqə vaxt veriləcək.

Qayda pozan namizədləri nə gözləyir?

İmtahan zamanı yolverilməyən hərəkətlər və qadağan olunmuş əşyalarla bağlı məlumatlar əvvəlcədən namizədlərin şəxsi kabinetlərinə göndəriləcək. Namizəd müəyyən edilmiş tələbləri pozduğu halda bu barədə akt tərtib ediləcək və həmin şəxs müsabiqədən kənarlaşdırılacaq. Əgər qayda pozuntusu müsabiqə başa çatdıqdan sonra aşkarlanarsa, namizədin nəticələri ləğv olunacaq.

Ballar necə hesablanacaq?

Qaydalara görə, ümumtəhsil proqramı üzrə hər düzgün cavab 2 balla, tədris metodikası üzrə hər düzgün cavab isə 1 balla qiymətləndiriləcək. Səhv cavablara görə isə bal çıxılacaq. Belə ki, ümumtəhsil proqramı üzrə hər səhv cavaba görə 0,5 bal, tədris metodikası üzrə hər səhv cavaba görə isə 0,25 bal silinəcək.

Nəticələr nə vaxt açıqlanacaq?

Test imtahanının nəticələri imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək. Qeyd edək ki, MİQ müsabiqəsində iştirak rüsumu 60 manatdır. Amma qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı alanlar, əlilliyi olanlar və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

End of content

No more pages to load

RADİO