Tələbələr yayda necə pul qazana BİLƏR?

Tələbələrin yay aylarında qazanc imkanları müxtəlif amillərdən asılı olaraq dəyişir və bu, həm seçim edilən iş növünə, həm də bacarıq və təcrübəyə bağlıdır. Yay tətili bir çox tələbə üçün yalnız istirahət dövrü deyil, eyni zamanda iş təcrübəsi qazanmaq və əlavə gəlir əldə etmək imkanı kimi qiymətləndirilir.

Bəs bu imkanların əlçatanlığı nə qədərdir?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “demokrat.az”a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, tələbələrin zəhmətə alışması və peşəyə uyğunlaşması çox vacib məsələdir:

"Təkcə maddi ehtiyac baxımından deyil, hətta maddi ehtiyacı olmasa belə, mütləq boş vaxtlarda və tətil dövrlərində fəaliyyətlə məşğul olmaları onların inkişafı üçün önəmlidir. Bizdə iş imkanları o qədər də geniş olmasa da, bacarıqlı tələbələr müxtəlif sahələrdə iş tapa bilərlər. Hətta "part-time", mövsümi və müvəqqəti işlər də mümkündür.

Burada həm fiziki, həm də intellektual işlərdən söhbət gedir. Hər kəs öz bacarığına uyğun iş tapa bilər. Tələbələr həm praktiki bacarıqlarını artıra, dünyagörüşünü və iş qabiliyyətini inkişaf etdirə, həm də gəlir əldə edə bilərlər ki, tələbəlik dövründə özlərini daha yaxşı təmin etsinlər".

Ekspert deyib ki, şirkətlər, müəssisələr və müxtəlif təşkilatlar bu baxımdan tələbələrə daha çox imkan yaratmalıdır:

"İstər qeyri-hökumət təşkilatları, istər kommersiya qurumları olsun, müxtəlif sahələrdə, o cümlədən İT sahəsində, hətta kənd təsərrüfatında belə tələbələr üçün imkanlar yaradıla bilər. Məsələn, yay aylarında tələbələrin böyük əksəriyyəti rayonlardan olur və həmin dövrdə onlar həm özlərinin, həm də ailələrinin təsərrüfat işlərinə dəstək verə bilərlər.

Hazırda bir çox tələbə Bakıda kuryer və çatdırılma xidmətlərində işləyir, amma digər sahələrdə də imkanlar mövcuddur. Bu imkanlar tələbələrin inkişafı, gəlir əldə etməsi və vaxtlarını daha səmərəli keçirməsi baxımından əhəmiyyətlidir.

İmkanlar çox geniş olmasa da, yenə də mövcuddur. Tələbələr çalışıb fəaliyyət sahəsi tapa bilərlər. Yüksək gəlir olmasa da, bu həm praktika, həm peşə bacarığı, həm də təcrübə deməkdir. Bunun üçün isə zəhmətkeşlik, axtarış və aktivlik lazımdır.

Hər halda, bu prosesdə təkcə tələbələr deyil, ümumilikdə müəyyən dövlət qurumları və təşkilatlar da dəstək verməlidir. Məsələn, əvvəllər istehsalat müəssisələrində tələbələr bir neçə ay praktika keçirdilər və bu çox faydalı olurdu. Hazırda da bu kimi proqramlar yenidən genişləndirilə bilər və daha yaxşı nəticələr əldə oluna bilər", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

End of content

No more pages to load

RADİO