Keşlə bazarının söküldüyü ərazidə işlər dayanıb? - AAYDA-dan AÇIQLAMA – VİDEO

2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunda son aylarda tikinti işlərinin demək olar ki, dayandığı müşahidə olunur.

Bizim.Media xəbər verir ki, 2025-ci ildə icrasına başlanılan layihə çərçivəsində yolun keçəcəyi ərazidə yerləşən bir sıra obyektlər, o cümlədən Keşlə bazarı sökülüb. 

Lakin son bir neçə aydır ərazidə tikinti işlərinin aparılmadığı diqqət çəkir. Hazırda ərazidə nə texnika, nə də işçi qüvvəsi görünür.

Tikinti işlərini həyata keçirən şirkətlərdən birinin əməkdaşı bildirib ki, onlara həvalə olunan hissədə işlər 24 saat fasiləsiz davam etdirilir. Onun sözlərinə görə, hazırda işlərin dayanmış kimi göründüyü hissədə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılır.

Məsələ ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, layihə üzrə işlər mərhələli şəkildə həyata keçirilir:

"Hazırda işlər Rövşən Əliyev və Ələsgər Qayıbov küçələrindən Fətəli xan Xoyski küçəsi istiqamətində aparılır. Layihə üzrə digər ərazilərdə nəzərdə tutulan işlərin də əvvəlcədən tərtib və təsdiq olunmuş qrafikə uyğun davam etdirilməsi planlaşdırılır. İşlərin mərhələli icrası nəqliyyatın fasiləsizliyinin təmin olunmasına, eyni zamanda mövcud yol şəbəkəsində yarana biləcək narahatlıqların minimuma endirilməsinə xidmət edir".

Qeyd edək ki, şəhər əhəmiyyətli magistral küçə kimi inşa olunan yolun ümumi uzunluğu 3 896 metr təşkil edəcək. Yolun hərəkət hissəsi altı zolaqdan ibarət olacaq və hər zolağın eni 3.5 metr nəzərdə tutulub. Layihə çərçivəsində dörd tunelin və üç yeraltı piyada keçidinin tikintisi də planlaşdırılır.

Daha ətraflı “Baku TV”nin videoreportajında:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

End of content

No more pages to load

RADİO