Qəbirstanlıqlar Bakıdan köçürülə bilər - AÇIQLAMA

Böyük şəhərlərdə əhalinin sürətlə artması sosial xidmət sahələri ilə yanaşı, dəfn üçün torpaq sahələrinin tapılmasını da qlobal problemə çevirir. Paytaxt Bakıda son illər müşahidə olunan sıxlıq gələcəkdə ciddi məzar yeri çatışmazlığı yarana biləcəyi riskini gündəmə gətirib. Mövcud qəbiristanlıqların dolması və yeni ərazilərin məhdudluğu fonunda gələcəkdə insanların dəfn üçün yer tapmaqda çətinlik çəkəcəyi ehtimalı böyükdür.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc “demokrat.az”a bildirib ki, hal-hazırda Bakıda qəbir yerləri üçün torpaq sahələrinin tam tükəndiyini demək olmaz, amma müəyyən sıxlıq var və gələcəkdə çatışmazlıq yarana bilər:

"Bunun qarşısını almaq üçün qəbiristanlıqların şəhərdən kənara köçürülməsi və yeni sahələrin əsasən şəhər kənarında ayrılması mümkündür.

Eyni zamanda, böyük məqbərələrin, geniş sahəli və qeyri-standart qəbirlərin inşasına məhdudiyyət qoyulması məqsədəuyğun hesab edilə bilər. Çünki bu, həm fərqlilik yaradır, həm də əlavə yer itkisinə səbəb olur. Dünyanın bir çox ölkəsində daha sadə və eyni tipli məzar daşlarından istifadə olunur və fərdi böyük tikililərə geniş yer verilmir.
 

Ümumiyyətlə, gələcəkdə əhalinin artımı ilə dəfn üçün ayrılan torpaq sahələri kifayət etməyə bilər. Avropa ölkələrində bu səbəbdən krematoriyalar və kolumbariumlar geniş yayılıb. Kolumbariumlar yandırmadan sonra saxlanılan kül üçün divarlarda yerləşdirilən xüsusi yerlərdir. Lakin bu yanaşma Azərbaycanda dini baxışlara görə uyğun hesab edilmir.


Buna baxmayaraq, gələcəkdə vəziyyət dəyişməsə, daha az yer tutan dəfn formalarına ehtiyac yarana bilər. Əks halda, yaşayanlarla ölülər üçün ayrılan məkan arasında ciddi disbalans yarana bilər".

Problemin digər tərəfi isə bu sahədə yaranan nəzarətsiz qiymət artımı və torpaq bazarının formalaşmasıdır. Hazırda məzar yerlərinin qiyməti bəzi ərazilərdə yaşayış təyinatlı torpaqların dəyərini üstələyir.

Vüqar Oruc qeyd edib ki, hazırda bu sahə həm də ciddi iqtisadi istiqamətə çevrilib:
 

"Qəbiristanlıq üçün ayrılan torpaq sahələrinin qiyməti adi torpaq qiymətlərindən dəfələrlə yüksək olur. Bu isə bəzi hallarda əlavə gəlir və kommersiya maraqları formalaşdırır. Ona görə də sahənin daha ciddi tənzimlənməsi, vahid standartların müəyyən edilməsi və dövlət nəzarətinin gücləndirilməsi daha məqsədəuyğun görünür.


Eyni zamanda, aztəminatlı ailələrin dəfn xərclərini qarşılamaqda çətinlik çəkdiyi nəzərə alınmalıdır. Bu səbəbdən sosial dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir. Əks halda, gələcəkdə bu sahədə çatışmazlıq ciddi sosial problemlərə səbəb ola bilər",- deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

End of content

No more pages to load

RADİO