Toya hazırlaşanların DİQQƏTİNƏ

Azərbaycanda toy mövsümünün pik həddə çatması fonunda qızıl bazarında ciddi canlanma və bahalaşma müşahidə olunur. Məhərrəm ayının iyunun 16-da başlaması və Aşura gününün iyunun 25-nə təsadüf etməsi səbəbindən ailələr xeyir işlərini bu tarixdən əvvəl çatdırmağa çalışırlar. Toy və nişan mərasimlərinin qısa müddətə sıxlaşması qızıl-zinət əşyalarına olan tələbatı kəskin artırıb, bu da daxili bazarda qiymətlərin yuxarı doğru dəyişməsinə təkan verib.

Lakin yerli bazardakı bahalaşma təkcə daxili amillərlə məhdudlaşmır. Dünyada gedən qlobal iqtisadi proseslər və xammal birjalarındakı dalğalanmalar da Azərbaycandakı qiymət siyasətinə birbaşa təsir göstərir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “demokrat.az”a bildirib ki, Azərbaycanda qızılın qiyməti yalnız daxili bazardakı tələb və təkliflə müəyyənləşmir:

"Burada əsas amil dünya bazarlarında qızılın bir unsiyasının qiymətidir. Beynəlxalq birjalarda qiymətlər necə dəyişirsə, bu, birbaşa Azərbaycan bazarına da təsir edir.
 

Hazırda dünya bazarında qızılın qiyməti yüksək səviyyədə qalır və bu da ölkə daxilində qiymətlərin artmasına səbəb olur. Əlbəttə, müəyyən dövrlərdə tələbin artması da qiymətlərə təsir göstərir. Xüsusilə toy mövsümü, bayram günləri və ya insanların qızıla yatırım vasitəsi kimi marağının yüksəlməsi bazarda bahalaşmanı sürətləndirə bilər.


Amma ümumi olaraq qiymətin formalaşmasında əsas istiqaməti yenə də xarici bazarlar müəyyən edir. Bundan əlavə, qlobal iqtisadi proseslər, inflyasiya riskləri, geosiyasi gərginliklər və dolların məzənnəsindəki dəyişikliklər də qızılın dünya bazarındakı qiymətinə təsir edən əsas faktorlar sırasındadır. Bu səbəbdən beynəlxalq bazarda baş verən hər bir dəyişiklik qısa müddətdə Azərbaycan bazarında da özünü göstərir”.

Hazırda paytaxtın qızıl mərkəzlərində həm yerli, həm də idxal olunan zinət əşyalarının qramında artım var. Alıcı sıxlığı fonunda satıcılar da qiymət artımını xarici birjalardakı bahalaşma və qısamüddətli yüksək tələbatla əlaqələndirirlər.

Məhərrəmlik ayı başladıqdan sonra bazarda müvəqqəti durğunluq yaransa bəli, qlobal trendlər yüksək qaldığı müddətcə qızılın kəskin ucuzlaşması gözlənilmir.

Qısası, Məhərrəm ayı qabağı toy etmək istəyənlər qızıl bazarına axışdığı üçün qiymətlər bahalaşıb, lakin əsas səbəb dünyada qızılın qiymətinin artmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

End of content

No more pages to load

RADİO