Borcunu bağlasa da, kredit ala bilmir – Bankların “qara siyahısı“ndan necə çıxmaq olar?

Bəzi hallarda vətəndaşlar banka olan borcunu ödədikdən sonra da kredit almaqda çətinlik çəkdiklərini deyirlər. Səbəb isə ödəniş tarixçəsindəki gecikmələrin qalmağa davam etməsidir.

Bəs bankların “qara siyahı”sı qanunvericiliklə necə tənzimlənir? Kreditini tam bağlayan şəxs niyə hələ də problem ilə üzləşir?

İqtisadçı Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirir ki, bank müştərinin ödəniş tarixçəsini araşdıra, sınaq mərhələsi olaraq kiçik məbləğ ayıra bilər:

“Ümumiyyətlə, “bankların qara siyahısı” insanlar arasında formalaşmış ifadədir və qanunvericilikdə bu cür anlayış mövcud deyil. Banklar kredit verərkən potensial müştərilərinin kredit tarixçəsini, digər banklarla münasibətlərini və öhdəliklərini necə yerinə yetirdiklərini araşdırırlar.

Burada əsas məsələ qanunvericilik tələblərindən çox, bankın verdiyi məbləği geri ala bilməmək riskini qiymətləndirməsidir. Qanunvericilik yalnız istehlak kreditləri verilərkən müştərinin borclanma yükünün həddini müəyyənləşdirir. Hansı müştəriyə kredit verib-verməmək isə prudensial tələblər çərçivəsində bankın öz qərarıdır”.

Kredit tarixçəsini bərpa etmək və etibarlı borcalan statusunu yenidən qazanmaq üçün hansı addımlar atılmalıdır?

X. Kərimli bu “siyahıdan” çıxmağın asan olmadığını vurğulayır:

“Əvvəlcə, köhnə borclar bağlanmalı, maliyyə vəziyyəti qaydaya salınmalıdır. Bank əmin olsa ki, ödənişin gecikmə səbəbi müştərinin intizamsızlığı deyil, müvəqqəti maliyyə çətinlikləri ilə bağlıdır və bu problem həll olunub, şəxs riskli müştərilər siyahısından çıxarıla bilər. Yalnız bu halda bank həmin vətəndaşla bir qədər yüksək faiz tətbiq etməklə əməkdaşlıq qurar”.

İqtisadçının sözlərinə görə, müştərini daha yaxşı tanımaq üçün əlavə sənədlər, girov və ya zamin tələb oluna və kreditlər də müəyyən məbləğ hədləri çərçivəsində təqdim edilə bilər.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

End of content

No more pages to load

RADİO