İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Bizim.Media xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.
 

Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb.


Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.

Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.

İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.









































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Prezident Xankəndidə daha bir açılışda - FOTO

Prezident Xankəndidə daha bir açılışda - FOTO

Travmadan sonra həyata qayıtmağın yolları - Tövsiyələr

Travmadan sonra həyata qayıtmağın yolları - Tövsiyələr

Xankəndi Mədəniyyət Mərkəzinin təmirdən sonrakı FOTOLARI

Xankəndi Mədəniyyət Mərkəzinin təmirdən sonrakı FOTOLARI

Millimiz Avropa çempionatında ilk oyununu keçirəcək

Millimiz Avropa çempionatında ilk oyununu keçirəcək

İlham Əliyevə təbrik məktubları gəlir

İlham Əliyevə təbrik məktubları gəlir

İntensiv yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

İntensiv yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Numan Kurtulmuş: Azərbaycanın müstəqilliyi əbədi olacaq

Numan Kurtulmuş: Azərbaycanın müstəqilliyi əbədi olacaq

Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə büründü - FOTO

Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə büründü - FOTO

İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO

İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO

Qurban ətini nə qədər saxlamaq olar?

Qurban ətini nə qədər saxlamaq olar?

Böyük Qaladərəsi kəndində daha 20 ev bərpa ediləcək

Böyük Qaladərəsi kəndində daha 20 ev bərpa ediləcək

Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

Bu kənddə də Bayraq meydanı yaradılıb

Bu kənddə də Bayraq meydanı yaradılıb

Tərtərdə əməliyyat: HƏBS EDİLƏN VAR

Tərtərdə əməliyyat: HƏBS EDİLƏN VAR

İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü - FOTO

İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü - FOTO

Gürcüstan 86 əcnəbini deportasiya etdi: Siyahıda azərbaycanlılar da var - VİDEO

Gürcüstan 86 əcnəbini deportasiya etdi: Siyahıda azərbaycanlılar da var - VİDEO

Bu türk serialları yeni mövsümdə də DAVAM EDƏCƏK?

Bu türk serialları yeni mövsümdə də DAVAM EDƏCƏK?

Ötən il 46 qadın insan alverinin qurbanı olub

Ötən il 46 qadın insan alverinin qurbanı olub

Fransa səfirliyi Azərbaycanı təbrik etdi

Fransa səfirliyi Azərbaycanı təbrik etdi

Gəncədən doğan Azadlıq günəşi - FOTO

Gəncədən doğan Azadlıq günəşi - FOTO

Uşağını diləndirən valideynləri hansı cəza gözləyir? – Hüquqi İZAH

Uşağını diləndirən valideynləri hansı cəza gözləyir? – Hüquqi İZAH

Xoşqədəmin verilişi burada yayımlanır - VİDEO

Xoşqədəmin verilişi burada yayımlanır - VİDEO

Paşinyandan etiraf: "Beynəlxalq silah bazarı Ermənistan üçün məhz Praqa görüşündən sonra açıldı"

Paşinyandan etiraf: "Beynəlxalq silah bazarı Ermənistan üçün məhz Praqa görüşündən sonra açıldı"

End of content

No more pages to load

RADİO