“Azərbaycan işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində irimiqyaslı layihələr həyata keçirir. Orada mənzil quruculuğu ağıllı şəhər, digər tərəfdən təhsilə, səhiyyəyə əlçatanlıq əsasında qurulur”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə deyib.
"Mənzil məsələsi qlobal böhrandır. Bununla bağlı təhlükəsiz və dayanıqlı sistem olmalıdır. Bununla bağlı konkret qərarlar qəbul edilməli və daha sonra fəaliyyətə keçmək lazımdır. Növbəti onillik icra dövrü, nəticələrin təqdim edildiyi dövrə çevrilməlidir".
Günay Şahmar, Bizim.Media