WUF13-də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olundu – FOTO

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda Kahramanmaraş vilayətində salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim edilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Kütləvi Mənzil Layihələri və Tədqiqat Mərkəzi şöbəsinin müdiri Ahmet Kutlu Gayretli Kahramanmaraşda yerləşən “Azərbaycan məhəlləsi”ndə ticarət obyektlərinin, ofislərin, idman zalının, mədəniyyət mərkəzinin və ticarət mərkəzinin (AVM) fəaliyyət göstərdiyini bildirib.
 
Onun sözlərinə görə, kompleksin ərazisində Heydər Əliyev adına məktəb də yer alır və bu məkan artıq Kahramanmaraşın ən gözəl və sürətlə inkişaf edən yaşayış ərazilərindən birinə çevrilib.
 
Qeyd olunub ki, Türkiyənin TOKİ layihəsi çərçivəsində zəlzələdən sonra Kahramanmaraşda “Azərbaycan məhəlləsi” adlanan ərazidə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilib. Layihə çərçivəsində 1223 yaşayış evi, 1789 ticarət obyekti, 464 ofis, mədəniyyət mərkəzi və Heydər Əliyev adına məktəb inşa olunub.
 

Bildirilib ki, həmçinin meydanların və digər ictimai məkanların təşkili ilə bağlı qərarlar da yekunlaşdırılıb. Layihənin əsas məqsədi təhlükəsiz, müasir və sosial ehtiyaclara cavab verən yaşayış mühitinin formalaşdırılmasıdır.


Beləliklə, “Azərbaycan məhəlləsi” layihəsi təkcə müasir şəhərsalma yanaşmasının nümunəsi olmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında qardaşlığın və həmrəyliyin real təcəssümü kimi çıxış edir.

Layihə zəlzələdən zərər çəkmiş ərazilərdə dayanıqlı və komfortlu yaşayış mühitinin yaradılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SAXAL HƏMAS-ın iki komandirinin məhv edildiyini bəyan etdi

SAXAL HƏMAS-ın iki komandirinin məhv edildiyini bəyan etdi

Sosial yardımla bağlı ÖNƏMLİ XƏBƏR

Sosial yardımla bağlı ÖNƏMLİ XƏBƏR

50 yaşlı kişini arı sancdı - Şoka düşdü

50 yaşlı kişini arı sancdı - Şoka düşdü

Ərdoğan: “Bölgəmiz rahat bir nəfəs aldı”

Ərdoğan: “Bölgəmiz rahat bir nəfəs aldı”

Tramp: Hörmüz boğazı bu tarixdə TAM AÇIQLACAQ

Tramp: Hörmüz boğazı bu tarixdə TAM AÇIQLACAQ

Fuad Zərbiyev BMT-nin İnsan Hüquqları Komitəsinə üzv seçildi

Fuad Zərbiyev BMT-nin İnsan Hüquqları Komitəsinə üzv seçildi

Tramp ABŞ və İran arasında sazişin imzalandığını TƏSDİQLƏDİ

Tramp ABŞ və İran arasında sazişin imzalandığını TƏSDİQLƏDİ

Qardaşları və keçmiş ANS-çilər Çingiz Mustafayevi andılar - FOTOLAR

Qardaşları və keçmiş ANS-çilər Çingiz Mustafayevi andılar - FOTOLAR

Müdirlərin “sirr dağarcığı” – Şəxsi sürücülər hansı ölkədə yüksək maaş alırlar?

Müdirlərin “sirr dağarcığı” – Şəxsi sürücülər hansı ölkədə yüksək maaş alırlar?

Moskva-Naxçıvan reysində İNSİDENT: Qadın qapını açmaq istədi

Moskva-Naxçıvan reysində İNSİDENT: Qadın qapını açmaq istədi

Əraqçidən Cenevrə görüşü barədə: “İyunun 19-da saziş imzalana bilər”

Əraqçidən Cenevrə görüşü barədə: “İyunun 19-da saziş imzalana bilər”

Kamran Əliyev Qarsda səfərdədir - FOTO

Kamran Əliyev Qarsda səfərdədir - FOTO

ABŞ-İran arasında memorandum: KİMLƏRİN imzaladığı açıqlandı

ABŞ-İran arasında memorandum: KİMLƏRİN imzaladığı açıqlandı

Ucarda kişi küçədə can verdi

Ucarda kişi küçədə can verdi

DÇ-2026: İspaniya - Kabo Verde oyunu başladı

DÇ-2026: İspaniya - Kabo Verde oyunu başladı

"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"

"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"

Parlament əməkdaşları “Heydər zirvəsi”nə yürüş etdilər - FOTO

Parlament əməkdaşları “Heydər zirvəsi”nə yürüş etdilər - FOTO

İslamabad razılaşmasının bəzi DETALLARI AÇIQLANDI

İslamabad razılaşmasının bəzi DETALLARI AÇIQLANDI

Fon der Lyayen: İrana qarşı sanksiyalar ləğv edilməyəcək

Fon der Lyayen: İrana qarşı sanksiyalar ləğv edilməyəcək

Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir? - VİDEO

Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir? - VİDEO

Donald Tramp G7 sammiti üçün Cenevrəyə gəldi

Donald Tramp G7 sammiti üçün Cenevrəyə gəldi

Dünya çempionatında İLK: Baş məşqçi oyundan sonra QOVULDU

Dünya çempionatında İLK: Baş məşqçi oyundan sonra QOVULDU

İş saatlarının dəyişdirilməsi: Bakıda tıxac problemi həll olunacaq?

İş saatlarının dəyişdirilməsi: Bakıda tıxac problemi həll olunacaq?

Sərnişin avtobusu “Range Rover”lə toqquşdu: yaralılar var - FOTO

Sərnişin avtobusu “Range Rover”lə toqquşdu: yaralılar var - FOTO

End of content

No more pages to load

RADİO