"WUF13 "Bakı Fəaliyyətə Çağırış" sənədi ilə yekunlaşacaq".
Bizim.Media xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun (WUF) rəsmi açılış mərasimindən əvvəl keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu sənəd inklüziv, dayanıqlı və davamlı şəhərlərə doğru irəliləyişi sürətləndirmək üçün ortaq baxışı və kollektiv öhdəliyi əks etdirəcək:
"Həll yolları əlçatandır. İndi tələb olunan əsas məsələ kollektiv qətiyyətdir ki, inklüziv, dayanıqlı və davamlı şəhərlər vədi hər kəs üçün reallığa çevrilsin".
Bizim.Media