Anar Quliyev WUF13-ün Azərbaycan üçün əhəmiyyətindən DANIŞDI

Bu gün təkcə Azərbaycan üçün deyil, bütövlükdə qlobal şəhərsalma ictimaiyyəti üçün mühüm gündür. Növbəti günlərdə Bakı hökumətlərin, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin, gənclərin, qadınların, özəl sektorun və yerli icmaların görüş məkanına çevriləcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.

Anar Quliyev bildirib ki, bütün iştirakçıları birləşdirən əsas məqsəd hamı üçün daha yaxşı şəhər gələcəyinin formalaşdırılmasıdır.

Komitə sədri qeyd edib ki, Azərbaycanın WUF13-ə aparan yolu uzun illər əvvəl başlayıb. Onun sözlərinə görə, 2021-ci ildən etibarən ölkədə milli şəhərsalma forumları təşkil olunur və bu platformalar dayanıqlı şəhər inkişafı ilə bağlı geniş ictimai dialoqun formalaşmasına xidmət edir.
 

“Bu forumlar müxtəlif maraqlı tərəfləri bir araya gətirərək yaşayış məntəqələrimizin gələcəyini müzakirə etməyə imkan yaradıb. Eyni zamanda, milli koordinasiyanın gücləndirilməsi, prioritetlərin müəyyənləşdirilməsi, təcrübə mübadiləsi və siyasətlərimizin Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması baxımından mühüm rol oynayıb”, - deyə komitə sədri vurğulayıb.


Komitə sədri əlavə edib ki, milli şəhərsalma forumları inklüziv şəhər dialoqu mədəniyyətinin formalaşmasına da töhfə verib və müxtəlif sektorların daha yaxşı şəhərlərin qurulmasına töhfəsini təmin edib.

Anar Quliyev bildirib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın son illərdə beynəlxalq səviyyədə apardığı dialoq və əməkdaşlığın məntiqi davamıdır.

“Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük məsuliyyət, həm də beynəlxalq ictimaiyyətin və UN-Habitat-ın Azərbaycana göstərdiyi etimadın ifadəsidir. Bu forumun reallaşmasına imkan yaradan tərəfdaşlığı və sıx əməkdaşlığı yüksək qiymətləndiririk”, - deyə o qeyd edib.
 

Komitə sədri vurğulayıb ki, Azərbaycan üçün WUF13 sadəcə beynəlxalq tədbir deyil, həm də ölkənin milli prioritetlərinin və gələcəyə baxışının əksidir.


Onun sözlərinə görə, ölkədə şəhərlərin modernləşdirilməsi, yaşıl infrastrukturun genişləndirilməsi, ictimai xidmətlərin yaxşılaşdırılması, əlçatan mənzil təminatı, iqlim dayanıqlığının artırılması və daha ağıllı, inklüziv icmaların qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

End of content

No more pages to load

RADİO