Şəhərsalma Forumunda mühüm sənəd qəbul olunacaq - BMT rəsmisi

Ümumdünya Şəhərsalma Forumu yalnız müzakirə platforması deyil, həm də transformativ şəhər dəyişikliklərini irəli aparmağa yönəlmiş qlobal koalisiyanı bir araya gətirən fəaliyyət platforması kimi təqdim olunur.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.

O qeyd edib ki, WUF13 dialoqdan real icraya keçidi təmin etmək üçün strukturlaşdırılmış məkan rolunu oynayır.

“Forum çərçivəsində altı yüksəksəviyyəli dialoq, tərəfdaşların təşkil etdiyi 370-dən çox tədbir, həmçinin 130-dan artıq sərgini əhatə edən qlobal urbanizasiya sərgisi keçirilir.
 

Builki forum çərçivəsində öyrənməni sürətləndirmək və həlləri genişləndirmək məqsədilə yeni təşəbbüslər – “Practices Hub”, “WUF Academy”, eləcə də startap pavilyonunu özündə birləşdirən “Business and Innovation Hub” istifadəyə verilib. Bu platformalar mənzil və şəhər inkişafı zəncirində sınaqdan keçirilmiş innovasiyaları, bacarıqların inkişafını və bazara hazır həlləri bir araya gətirir”.


BMT rəsmisi həmçinin vurğulayıb ki, WUF13 siyasi iştirakçılığı da gücləndirir:

“Bu çərçivədə keçiriləcək nazirlər dialoqu Yeni Şəhər Gündəliyinin növbəti mərhələsinin formalaşdırılmasına töhfə verəcək.

Forum siyasət dialoqu, innovasiya, potensialın gücləndirilməsi və siyasi iştirakçılığı birləşdirərək qlobal icra platformasına çevrilir”

O eyni zamanda bildirib ki, yollarının çatışmazlığı yoxdur:

“Əsas problem onların tətbiqinin sürəti və miqyasıdır. Dünyanın müxtəlif şəhərlərində qeyri-formal yaşayış məntəqələrinin yenilənməsi, xidmətlərin genişləndirilməsi və iqlim dayanıqlığının artırılması istiqamətində artıq praktik həllər tətbiq olunur. Bununla yanaşı, innovasiyaların böyük hissəsinin məhdud resurslarla və çətin şəraitdə yerli səviyyədə həyata keçirilib”.
 

A.Rossbax şəhərlərin və icmaların gücləndirilməsinin qlobal məqsədlərə nail olmaq baxımından vacib olduğunu da nəzərə çatdırıb.


“Müasir urbanizasiya çağırışlarının miqyası və mürəkkəbliyi fonunda heç bir tərəf bu problemləri təkbaşına həll edə bilməz və tərəfdaşlıqlar əsas rol oynamaqda davam edir”.

Onun sözlərinə görə, WUF13 dialoqdan icraya, öhdəliklərdən konkret fəaliyyətə keçid üçün mühüm mərhələdir:

“Forum “Bakı Fəaliyyətə Çağırışı” sənədi ilə yekunlaşacaq. Bu sənəd inklüziv, dayanıqlı və davamlı şəhərlərin inkişafının sürətləndirilməsi istiqamətində ortaq baxışı və kollektiv öhdəliyi əks etdirəcək. Təcili fəaliyyətə ehtiyac olduğu aydındır. Lazımi bilik mövcuddur, həll yolları isə əlçatandır. Hazırda əsas ehtiyac inklüziv, dayanıqlı və davamlı şəhərlər vədinin hamı üçün reallığa çevrilməsi istiqamətində birgə qətiyyətin nümayiş etdirilməsidir”, - BMT rəsmisi fikrini tamamlayıb. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

End of content

No more pages to load

RADİO