Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü

Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Əşrəf Yusifzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib və Əşrəf Yusifzadəyə həmin maddə ilə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.


“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının 5.1-ci maddəsi tətbiq edilərək, təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan azad olunub. O, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilib. Əşrəf Yusifzadə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

İttihama görə, hadisə 2024-cü il Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Publika” restoranında qeydə alınıb.

Belə ki, zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) restoranda olarkən digər müştərilərin narahatlığına səbəb olub. Bu səbəbdən təqsirləndirilən şəxs ondan obyekti tərk etməsini xahiş edib. Lakin zərərçəkmiş şəxs həmin tələblə razılaşmayaraq Əşrəfə qarşı nalayiq ifadələr işlədib. Bundan sonra tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
 

Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən S.S.-in sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub. Hadisə nəticəsində zərərçəkmiş şəxsin burun sümüyündə ikili yerdəyişən sınıqlar əmələ gəlib.


Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Əşrəf Yusifzadə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

End of content

No more pages to load

RADİO