Gəlinini qətlə yetirən şəxs: “O, uşaqlarının qayğısına qalmırdı” - TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işinin bəzi detalları məlum olub.

Bizim.Media xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, 1959-cu il təvəllüdlü Ağanəbi Əliyev 33 yaşlı gəlini Dürdanə Əliyevanı qəsdən öldürüb.

İş materiallarında göstərilib ki, hadisədən əvvəl ailə daxilində tərəflər arasında münasibətlər uzun müddət gərgin olub. Təqsirləndirilən şəxs gəlini Dürdanə Əliyevanın azyaşlı övladlarının qayğısına kifayət qədər qalmadığını, tez-tez qohumlarının evinə getdiyini bildirərək ona dəfələrlə irad tutub. Bu səbəbdən ailə-məişət zəminində aralarında davamlı narazılıqlar və mübahisələr yaranıb.
 

2025-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsində yerləşən fərdi yaşayış evində növbəti dəfə tərəflər arasında mübahisə baş verib. Belə ki, Dürdanə Əliyevanın yenidən evdən çıxaraq qohumlarının evinə getmək istəməsi Ağanəbi Əliyevin etirazına səbəb olub. Mübahisə zamanı gəlininin onunla kobud danışdığı və onu evdən qovduğu iddia olunur.


İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxs bu davranışı özünə qarşı hörmətsizlik kimi qəbul edib və şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə gəlinini öldürmək qərarına gəlib. O, yaşadığı evdən mətbəx bıçağı götürərək eyni həyətdə yerləşən Dürdanənin yaşadığı evə daxil olub. Daha sonra qadına yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi endirib və boyun nahiyəsini kəsib.

Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin bədənində müxtəlif xarakterli xəsarətlər aşkarlanıb.

Bunlara qarının sol hissəsi və sol ayağın arxa səthində sıyrıqlar, sağ əl nahiyəsində iki, döş qəfəsinin sağ və sol hissələrində, həmçinin qarın nahiyəsində çoxsaylı deşilmiş-kəsilmiş yaralar daxil olub. Ekspertiza ilə müəyyən edilib ki, qadının ölümünə boyun nahiyəsində yerləşən əsas damarların və əzələlərin tam kəsilməsi nəticəsində baş vermiş güclü qanaxma səbəb olub.

Məhkəmə iclasında ifadə verən Ağanəbi Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O söyləyib ki, gəlini ilə münasibətləri uzun müddətdir gərgin olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, Dürdanə Əliyevanın onunla kobud davrandığını, nalayiq ifadələr işlətdiyini və uşaqlarla sərt rəftar etdiyini iddia edib.
 

Ağanəbi Əliyev məhkəmədə bildirib ki, mərhum 10 il onun gəlini olub və ailədə üç azyaşlı uşaq böyüyüb. Təqsirləndirilən şəxs qeyd dib ki, oğlu anadangəlmə əlil olub və ailədə baş verən hadisələrə reaksiya verməyib. O, gəlini ilə bağlı narazılıqlarını oğluna dəfələrlə bildirdiyini, lakin vəziyyətin dəyişmədiyini deyib.


Ağanəbi Əliyev ifadəsində vurğulayıb ki, hadisə günü gəlininin qapısını döyərək onunla danışmaq istədiyini, lakin qarşı tərəfdən təhqiramiz ifadələr eşitdiyini bildirib. Onun sözlərinə görə, həmin an əsəblərinə hakim ola bilməyib. Təqsirləndirilən şəxs qadına bir neçə dəfə bıçaq zərbəsi vurduğunu, daha sonra isə boğazını kəsdiyini etiraf edib.

O, hadisə zamanı evdə başqa şəxslərin olmadığını, uşaqların yaxın qohumların evində olduğunu söyləyib.

Ağanəbi Əliyevin sözlərinə görə, hadisədən sonra əvvəlcə qızının yaşadığı ünvana gedərək törətdiyi əməl barədə ailə üzvlərinə məlumat verib, daha sonra digər oğlunun işlədiyi yerə baş çəkib və sonda polis bölməsinə gedərək könüllü təslim olub.

Məhkəmədə çıxışı zamanı Ağanəbi Əliyev əməlindən peşman olduğunu deyərək, ailədə uzun müddət davam edən gərginliyin və mübahisələrin bu faciə ilə nəticələndiyini bildirib. O, hadisə anında özündə olmadığını, bıçaq zərbələrini hara vurduğunu tam xatırlamadığını da ifadəsində qeyd edib.

Qeyd: Ağanəbi Əliyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Hökmə əsasən o, 9 il azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

WUF13 "Bakı Fəaliyyətə Çağırış" sənədi ilə yekunlaşacaq

WUF13 "Bakı Fəaliyyətə Çağırış" sənədi ilə yekunlaşacaq

Anar Quliyev WUF13-ün Azərbaycan üçün əhəmiyyətindən DANIŞDI

Anar Quliyev WUF13-ün Azərbaycan üçün əhəmiyyətindən DANIŞDI

WUF13: Assambleyaların birgə bağlanış sessiyası başladı - FOTO

WUF13: Assambleyaların birgə bağlanış sessiyası başladı - FOTO

Zakaria Savo "Qarabağa" keçir

Zakaria Savo "Qarabağa" keçir

Şəhərsalma Forumunda mühüm sənəd qəbul olunacaq - BMT rəsmisi

Şəhərsalma Forumunda mühüm sənəd qəbul olunacaq - BMT rəsmisi

WUF13-ün ilk günündə iştirak edənlərin SAYI AÇIQLANDI

WUF13-ün ilk günündə iştirak edənlərin SAYI AÇIQLANDI

"Bitcoin" ucuzlaşdı

"Bitcoin" ucuzlaşdı

Hikmət Hacıyev: WUF13 indiyədək təşkil olunan forumlar arasında ən böyüyüdür - VİDEO

Hikmət Hacıyev: WUF13 indiyədək təşkil olunan forumlar arasında ən böyüyüdür - VİDEO

Çində güclü zəlzələ: Ondan çox bina uçdu, ölənlər var - VİDEO

Çində güclü zəlzələ: Ondan çox bina uçdu, ölənlər var - VİDEO

Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü

Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü

WUF13: Mətbuat konfransı keçirilir - CANLI

WUF13: Mətbuat konfransı keçirilir - CANLI

Gəlinini qətlə yetirən şəxs: “O, uşaqlarının qayğısına qalmırdı” - TƏFƏRRÜAT

Gəlinini qətlə yetirən şəxs: “O, uşaqlarının qayğısına qalmırdı” - TƏFƏRRÜAT

Bakıda WUF13-ün ikinci günü işinə başladı

Bakıda WUF13-ün ikinci günü işinə başladı

Nəriman Axundzadənin komandası baş məşqçisiz qaldı – FOTO

Nəriman Axundzadənin komandası baş məşqçisiz qaldı – FOTO

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Messinin komandası qalib gəldi - VİDEO

Messinin komandası qalib gəldi - VİDEO

14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar

14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar

84 il sonra bir ilk: Bazar ertəsindən etibarən 4 bürcün həyatında gözlənilməz qapılar açılır

84 il sonra bir ilk: Bazar ertəsindən etibarən 4 bürcün həyatında gözlənilməz qapılar açılır

Rusiyadan Dneprə kütləvi RAKET HÜCUMU – VİDEO

Rusiyadan Dneprə kütləvi RAKET HÜCUMU – VİDEO

Evdəki ən çirkli əşya açıqlandı: unitaz deyil

Evdəki ən çirkli əşya açıqlandı: unitaz deyil

“Brent” neftinin qiyməti 110 dolları keçdi

“Brent” neftinin qiyməti 110 dolları keçdi

Azərbaycanda avtomobillərdə etibarnamə tələbi aradan qaldırılır

Azərbaycanda avtomobillərdə etibarnamə tələbi aradan qaldırılır

İran dronlarla Səudiyyə Ərəbistanına ZƏRBƏ ENDİRDİ

İran dronlarla Səudiyyə Ərəbistanına ZƏRBƏ ENDİRDİ

Ət qızardılarkən ən çox edilən səhv: əvvəl soğan, yoxsa ət?

Ət qızardılarkən ən çox edilən səhv: əvvəl soğan, yoxsa ət?

End of content

No more pages to load

RADİO