14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar

Fransa Prezidenti Emmanuel Makronla “emosional yaxınlıq” və flirt mesajları iddiaları ilə gündəmə gələn iranlı aktrisa Qolşiftə Fərahani dünya mediasının əsas müzakirə mövzularından birinə çevrilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Birinci xanım Bricit Makronun Vyetnam səfəri zamanı həyat yoldaşına şillə vurmasının arxasında da məhz bu mesajların olduğu iddia edilir.

İddialar gündəmdə qalmaqda davam etsə də, diqqətlər daha çox Qolşiftə Fərahaninin İranda başlayan və Hollivuda, oradan isə mühacir həyatına uzanan qeyri-adi bioqrafiyasına yönəlib.

Fransız jurnalist Florian Tardifin “Un Couple (Presque) Parfait” (“Demək olar ki, mükəmməl cütlük”) adlı kitabında Makronla Fərahani arasında flirt xarakterli mesajlaşmaların olduğu irəli sürülüb. Kitabda qeyd olunur ki, 2025-ci ilin may ayında Vyetnama səfər zamanı Bricit Makronun təyyarədən enərkən ərinə sərt reaksiya göstərməsinin səbəbi də bu yazışmalar olub.

İddialara görə, Fərahani Makrona “Səni çox cəlbedici hesab edirəm”, Makron isə ona “Səni çox gözəl hesab edirəm” yazıb. Hər iki tərəf bu məlumatları qəti şəkildə təkzib edib.

1983-cü ildə İranda anadan olan Qolşiftə Fərahani 14 yaşında çəkildiyi “Armud ağacı” filmi ilə İran kinosunda məşhurlaşıb və qısa müddətdə ölkənin ən tanınmış aktrisalarından birinə çevrilib. Yazıçı Marjane Satrapi onu bir vaxtlar “İranın anası” adlandırıb.

Aktrisanın həyatındakı dönüş nöqtəsi isə 2008-ci ildə rejissor Ridley Skottun çəkdiyi “Body of Lies” (“Yalanların bədəni”) filmində rol alması olub. Filmdə Leonardo Di Kaprio və Rassel Krou kimi Hollivud ulduzları ilə birlikdə çəkilən Fərahani beynəlxalq şöhrət qazanıb.

Lakin filmin Nyu-York premyerasında hicabsız şəkildə qırmızı xalçaya çıxması İranda ciddi qalmaqala səbəb olub. İran hakimiyyəti onu “açıq itaətsizlikdə” ittiham edib, pasportu müsadirə olunub və daha sonra ölkədən uzaqlaşdırılıb. Aktrisa faktiki olaraq mühacirət həyatı yaşamağa başlayıb.

Əvvəlcə ABŞ-də, daha sonra Fransada yaşayan Fərahani qadın hüquqları və ifadə azadlığı ilə bağlı çıxışları ilə də tanınıb. O, müxtəlif layihələrdə qadın bədəninə və azadlığına qarşı təzyiqlərə etiraz edib. Bu səbəbdən İran daxilində mühafizəkar dairələrin sərt reaksiyası ilə qarşılaşıb, ailəsinin də təhdid olunduğu bildirilib.

Aktrisa “The Guardian” nəşrinə müsahibəsində mühacir həyatını “ölüm kimi” təsvir edib:

“Mühacirət onu yaşamadan başa düşüləcək bir şey deyil. Hamı səni qurban kimi görmək istəyir. Amma mən sadəcə işləmək istəyən bir aktrisayam”.

Hazırda həyatını İbiza və Portuqaliya arasında davam etdirən 42 yaşlı Qolşiftə Fərahani təkcə kino ulduzu deyil, həm də İranda qadın hüquqları uğrunda beynəlxalq mübarizənin ən tanınmış simalarından biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

End of content

No more pages to load

RADİO