Azərbaycanda avtomobillərdə etibarnamə tələbi aradan qaldırılır

Avtomobillərin etibarnamə ilə idarə olunması məsələsi son illər yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Rəqəmsal xidmətlərin genişləndiyi, dövlət qeydiyyatı və nəzarət sistemlərinin tam elektronlaşdığı bir dövrdə bir çoxları etibarnamə tələbinin artıq köhnəlmiş mexanizm olduğunu düşünür.

Xüsusilə ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün əlavə notariat prosedurlarından keçməsinin zəruriliyi tez-tez sual doğurur. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, avtomobillərin etibarnamə ilə idarə olunması bir çox ölkələrdə artıq tarixə qovuşub:

“Amma ölkəmizdə bu məsələ hələ də aktuallığını qoruyur. Əslində isə bu, avtomobil istifadəçiləri üçün əlavə vaxt itkisi və lazımsız bürokratik yük yaradır. Müasir dövrdə etibarnaməyə praktiki baxımdan ciddi ehtiyac qalmayıb. Çünki dövlət qeydiyyatında olan bütün avtomobillər və onların sahibləri barədə məlumatlar artıq elektron bazada mövcuddur”.

Deputat qeyd edib ki, hazırda nəzarət mexanizmləri tam rəqəmsallaşıb və bu, etibarnamə tələbini böyük ölçüdə aradan qaldırır:

“Hətta yol polisi əməkdaşları avtomobili saxladıqda ilk növbədə planşet vasitəsilə sürücü və nəqliyyat vasitəsi haqqında məlumatları sistem üzərindən yoxlayırlar. Daha sonra təqdim olunan sənədlərlə bazadakı məlumatlar müqayisə edilir. Bu isə göstərir ki, nəzarət mexanizmi artıq tam şəkildə rəqəmsallaşıb və əlavə etibarnamə sənədinə ehtiyac xeyli azalıb”.

Azər Badamovun sözlərinə görə, dünya təcrübəsində də avtomobilin idarə olunması üçün etibarnamə tələbi demək olar ki, aradan qalxıb:

“Avtomobil hüquqi baxımdan bir əmlak növüdür və sürücülük vəsiqəsi olan istənilən şəxs onu sahibinin razılığı ilə idarə edə bilməlidir. Əgər avtomobil oğurlanıbsa və ya qanunsuz istifadə edilirsə, bu halda nəqliyyat vasitəsi dərhal axtarışa verilə və müşahidə kameraları vasitəsilə izlənilə bilər”.

Deputat ailədaxili münasibətlərdə də mövcud tələbin müəyyən suallar doğurduğunu vurğulayıb:

“Bundan əlavə, ailə üzvlərinin belə bir-birinin avtomobilini etibarnamə olmadan idarə edə bilməməsi məntiqi görünmür. Sanki notariusda təsdiqlənən bir sənəd ailədaxili etibardan daha üstün tutulur. Halbuki ailə daxilində avtomobilin qarşılıqlı razılıq əsasında istifadəsi tam təbii haldır”.

O hesab edir ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var:

“Bu baxımdan hesab edirəm ki, avtomobillərin idarə olunması üçün etibarnamə tələbinin ləğv edilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişikliklər edilməsinə ehtiyac var. Bu addım həm vətəndaşların işini asanlaşdırar, həm də artıq rəqəmsallaşmış dövlət xidmətlərinin mahiyyətinə uyğun olar”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

End of content

No more pages to load

RADİO