Qulaqburması institutu

Belə bir söz var, deyirlər, gənclər elə bilir ki, yaşlılar axmaqdır, yaşlılar isə tam əmindirlər ki, gənclər axmaqdır.

Universitetin həyətində bir-birinin boynuna minən, əllərini havaya qaldıraraq oxuyan, telefonla çəkiliş aparan, hansısa kriminal avtoritetin şəninə quraşdırılmış “ay can alan, candı bizim məhəllə” janrlı diringiyə kütləvi şəkildə oynayan gəncləri əks etdirən videoya baxanda adamın ağlına başqa söz gəlmir. Bu, nə kütləvi axmaqlıqdır?

Video səssiz olsa, bilməyən adam elə başa düşər ki, Avropanın hansısa məşhur futbol komandası şəhərimizə qonaq gəlib, “Qarabağ”la matç keçirəcək, bunlar da yerli komandanın azarkeşləridir, oyundan qabaq coşqu atmosferi yaradırlar.

Yaxud düşünmək olar ki, Castin Biber kimi bir pop ulduzu paytaxtımıza gəlib konsert verir, bunlar da konsert zalına bilet tapmayan, açıq havada gözünün qurdunu öldürən melomanlardır.

Amma yox, bunlar nə melomandırlar, nə də futbol fanatıdırlar, heç özləri də bilmirlər ki, nədirlər. Açığı, bu saat çox adam fikirləşir ki, bu gənclərin ümumi adı nədir, etdikləri hərəkət nə deməkdir.

Bu gün-sabah qara xəbəri gələcək bir kriminal avtoritetə bu rəğbət haradandır, nəyə görədir? Adam nə edib: Şuşaya bayraq sancıb, yoxsa Lələtəpə ətrafındakı bunkerdə gizlənən düşmən rotasını təkbaşına tərksilah edib? Bəlkə hansısa beynəlxalq tədbirdə yekə-yekə danışan erməni diplomatları susdurub? Ya Londonda soydaşlarımızın üstünə cuman aqressiv erməniləri şillə-şapalaqla şil-küt edib? Neynəyib ki, birdən-birə qəhrəman olub və bu qədər fanatı əmələ gəlib?

Görəcək işdir. İndi hamı günahkar axtarır. Universitet rəhbərliyinin yaxasından yapışanlar var. Guya ki, təlim-tərbiyə işləri düz getməyib, ona görə gənclər bu cür avara həyata, kriminal aləmə meylləniblər.

Valideynləri günahlandıranlar daha çoxdur və onlar daha haqlıdırlar. Hər bir valideyn övladının nəylə nəfəs aldığını, hara gedib-gəldiyini, kimlərlə oturub-durduğunu, nə oxuduğunu, nəyə baxdığını, hətta nə içdiyini və çəkdiyini bilməlidir. Əks təqdirdə sonra heç nəyi nəzarət altına almaq mümkün olmur.

Belə durumlarda adətən adam dönüb öz yeniyetməliyinə, gəncliyinə baxır və səmimi adamdırsa, çox şeyi etiraf edir. Guya biz, indiki 50 yaşlılar, yeniyetmə olanda avaralığa meylli deyildik, gizli-gizli siqaret çəkmirdik? Biz də eləydik. O yaş dövründə hamı xuliqanlığa meylli olur, sadəcə, çox adam yekəldikcə ağıllanır, bir qism isə, mental olaraq elə həmin yaşda qalır. Biz də hərdən gizli-gizli siqaret çəkirdik, üstü açılanda evdə deyirdik ki, uşaqlar yanımda siqaret çəkdilər, tüstüsü üstümüzə hopub. Amma valideyn qulaqburması verib deyirdi ki, bir daha siqaret çəkənlərin yanında durma, yoxsa bilirsən, nə olacaq. Bu, bir xeyli yeniyetmə üçün gerçəkdən də dərs olurdu, evdə qulaqburması almayanlar isə siqaret çəkməkdə davam edirdi. Hələ də çəkirlər, amma bəziləri sağlıq problemləri üzündən məcburən tərgidib.

Bir neçə il əvvəl toyda sağımda oturmuş 60+ yaşlarda bir kişinin arağı gizli-gizli içdiyini gördüm, dedim, ağsaqqal, əlinizdən alan yoxdur ha, sərbəstcə süzün, vurun, getsin də. Kişi masanın baş tərəfində oturan 80+ yaşda bir ağsaqqalı göstərib yavaşca xısıldadı ki, yox, olmaz, atam burdadır, görsə, ayıb olar.

Təsəvvür edin, yaşı 60-ı keçən, özü də baba olan kişi hələ də atasından çəkinir. Çünki uşaq vaxtı ona babat qulaqburması veriblər, yadında qalıb.

İndi kimsə deyə bilər ki, bu, artıq ifrata varmaqdır. Bəlkə də elədir. Amma bu daha faydalıdır və cəmiyyət üçün təhlükəli deyil. Qoy hər kəsin yazılmış qanunlarla yanaşı, pis əməllərdən çəkinəcəyi yerləri də olsun.

Gərək ki, Əbülfəz Elçibəy bir dəfə demişdi ki, təlim-tərbiyə məsələsində gənclər valideynlərindən çox, zəmanənin məhsuludurlar.

Belə baxanda gerçəkdən də elədir. Zəmanənin xarabı çıxıb. Dövran dəyişib, düzən pozulub. Keçmişdə pis əməl sayılan bir çox şeylər legitimləşib, insanlar daha onları etməkdən çəkinmirlər. İndi ağıllı-kamallı, mərifətli-qanacaqlı gənc görəndə riqqətdən adamın gözü yaşarır. Əlbəttə, belə gənclər çoxdur, amma onlar xuliqanlıq etmədikləri, bəd əməllərini çəkib paylaşmadıqları üçün gözə görünmürlər.

Elə yuxarıda bəhs etdiyimiz gənclər də universitetin həyətində öz “qəhrəman”lıqlarını çəkib ölkəyə göstərməsəydilər, biz onların varlığından, düşüncələrindən xəbər tutmayacaqdıq.

Yenə də ümid edək ki, onların etdiyi ötəri həvəslərdir, hissə qapılmaqdır, kütləvi ekstazın yaratdığı psixoz durumdur. Necə olmasa da, onlar öz bilikləri ilə universitetə girmiş “oxuyan uşaqlar”dır. Onlarla tinlərdə ayaqlarının birini divara dayayıb, təsbeh çevirə-çevirə, siqaret (bəzən də nəşə) çəkən, biədəb qafiyəli meyxanalara qulaq asan, yol keçənlərə sataşan və yaxın bir-iki ildə türmələri bəzəyəcək gənclərin arasında bir fərq olmalıdır, ya yox?

Əziz valideynlər, sonradan polis, məhkəmə, türmə qapılarında qalmaq istəmirsinizsə, yeniyetmələrə nəzarəti əldən verməyin, qulaqburması institutunu yaşadın. Ziyanı yoxdur.(müsavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı

Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

Mina canlı yayımda intihar etdi

Mina canlı yayımda intihar etdi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Qadınların xəyanət etməsinin 5 əsas səbəbi

Qadınların xəyanət etməsinin 5 əsas səbəbi

100 dollarlıq hot-doq dəbə çevrilir: adi küçə yeməyi lüks mətbəxə daxil olur - FOTO

100 dollarlıq hot-doq dəbə çevrilir: adi küçə yeməyi lüks mətbəxə daxil olur - FOTO

Prezident böyük maliyyə tutumlu Sərəncam imzalayacaq

Prezident böyük maliyyə tutumlu Sərəncam imzalayacaq

İsveçdə sakinlər eyni axşam iki möhtəşəm səma hadisəsi izləyəcək

İsveçdə sakinlər eyni axşam iki möhtəşəm səma hadisəsi izləyəcək

“Hələlik iki istiqamət var: biri Türkiyə, biri İran”

“Hələlik iki istiqamət var: biri Türkiyə, biri İran”

“Yaşıl rəngli avtobusları Bakıda tez-tez görürük”

“Yaşıl rəngli avtobusları Bakıda tez-tez görürük”

Gəncədə 44 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Gəncədə 44 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

Bu yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq

Bu yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq

End of content

No more pages to load

RADİO